"Böyük İsrail xülyası siyonist yəhudiləri hər cür cinayətə sövq etdirir. Onlar hamını özlərinə kölə bilirlər"
Ruhullah Musəvi Xomeyni.
Arannews:Bağışlayan və Mehriban Allahın adı ilə.
Yeni dünya nizamında Qüds planı.
"Böyük İsrail xülyası siyonist yəhudiləri hər cür cinayətə sövq etdirir. Onlar hamını özlərinə kölə bilirlər"
Ruhullah Musəvi Xomeyni.
ABŞ İsrailin ən böyük himayədarıdır.
Hamıya bəllidir ki, bu gün dünyada qondarma İsrail dövlətinin ən böyük himayədarı ABŞ-dır. ABŞ-ın da İsraili dəstəkləməsinin səbəbi bu əlaltının vasitəsilə müsəlman ölkələrinin birlik və vəhdətini aradan aparmaqdır. Müsəlmanlar vəhdətdə olarlarsa ABŞ dünyada hegemonluq edə bilməyəcək. Bu səbəbdən də ABŞ hər vəchlə müsəlman ölkələrini parçalayır və bu minvalla dünyada hökmranlıq edir. Müsəlman ölkələrinin təbii sərvətlərini dağıdır və istədiyi siyasi oyunları qurur.
ABŞ İslam dünyasının 2 ən mühüm müqəddəs məkanını işğal etmişdir.
İslam dünyasının 1-ci dərəcəli müqəddəs məkanı olan Məkkə və Mədinəni Səud rejiminin vasitəsilə nəzarətə götürmüş və istədiyi formada diplomatik gedişləri etməkdədir. 2-ci dərəcəli müqəddəs məkan olan Qüdsü də İsrailin vasitəsilə idarə edir.
Bildiyiniz kimi Amerika prezidentlərinin gündəliyində yeni dünya nizamıyla bağlı 1-ci dərəcəli tapşırılıqlar mövcud olur. Eks prezident Donald Trumpın vəzifəsi Qüdsü paytaxt etmək və diplomatik korpusları oraya köçürmək idi. Cari prezident yəhudi əsilli Jozef Baydenə də görünür bu Qüds məsələsinin yekun həlli tapşırılıb. Çünki növbəti islamafobik layihələr icra olunmalıdır. Məhz pandemiya dövründə müsəlmanların zəiflədilmiş reaksiyalarını sınaqdan keçirmək də əbəs yerə deyil.
ABŞ, Covid 19 pandemiyası və İslam dünyası
Covid 19 pandemiyası müsəlmanların sayının azaldılması və zəiflədilməsinə hesablanmış layihədir. Təsadüfi deyil ki, Covid 19 pandemiyasıyla bağlı ən böyük qadağalar müsəlman olkələrindədir. Digər tərəfdən Həcc, Ərbəin və əlaqədar ziyarətlərin dayandırılması, məscidlərin bağlanması, İslam yönümlü mərasimlərin təşkilinə məhdudiyyətlərin qoyulması və s. qadağalar İslam dünyasının dəyərlərinin tədricən unutdurulmasına hesablanmış addımlardır.
"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah əsla Öz nurunu tamamlamaqdan geri durmaz." Tövbə surəsi ayə 32
Diqqətiniz üçün təşəkkür edirəm.
Sosial psixoloq Vüsal Nadiroğlu.
Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü.