Tarix : 2021 May 16
Kod 61264

Fələstin xalqının əməli müdafiəsi; Türkiyə üçün çətin sınaq

Türkiyə dövlətinin sözdə deyil, əməldə Fələstinin azadlığı üçün addım atmasının, təchizat və yardımları ilə Fələstin müqavimətinin köməyinə yetməyinin vaxtı çatmayıbmı?!
Arannews :Bu günlərdə bir sıra iddiaçı siyasətçilər illərdir ki, Fələstinə kömək etdiklərini deyirlər, ona dəstək çıxışları edirlər. Ortaya çıxan sual budur ki, onların Fələstin ideyalarının dəstəklənməsi istiqamətində əməli addım atmasının, ötən 42 ildə Fələstin və müqavimət cəbhəsini dəstəkləməkdə dəyişməz mövqe tutan İran İslam Respublikası kimi mövqe sərgiləmələrinin vaxtı çatmayıbmı?!
Əməl meydanında addım atmalarının, Təl-Əvivlə pərdəarxası siyasi və iqtisadi sövdələşmələrini dayandırmaqlarının vaxtı deyilmı?!
Bölgə xalqlarının ictimai rəyində belə bir cavabsız sual dolaşır. O da budur ki, şiələrə aid Qarabağın azadlığının iddiaçıları, Ukraynanın Krım və Donbas xristianlarının müdafiəçiləri nə əcəb onlara daha yaxın olan əhli-sünnə Fələstinə əməli şəkildə kömək etmirlər?! Hansı səbəbdən Bayraktar dronlarını sionist rejimi əleyhinə döyüşmək üçün müqavimət cəbhəsinə və HƏMAS-a vermirlər?!
Türkiyə başçıları etiqad baxımından hətta HƏMAS qüvvələrinə daha yaxın deyillərmi?!
Bu günlərdə Fələstində baş verən hadisələr Ərdoğan və Türkiyənin digər dövlət adamları üçün təyinedici bir sınaqdır.
44 günlük müharibənin hay-küyü arxasında bugün Qarabağ azad olubdurmu? Yoxsa Ermənistanın yerini bir başqası tutubdur?!
Belə görünür ki, Türkiyə Amerika, NATO və İsrail qarşısında qəbul etdiyi öhdəlik və təzminlərə görə öz müstəqilliyini itirmişdir və Qüdsün azadlığı uğrunda əməli surətdə heç bir addım atmağa qadir deyildir. Bu dəfə də həmişəki kimi heç bir əməli addım ata bilməyəcək, çıxış və xəbərdarlıqla kifayətlənəcək.
Fələstinin müqavimət cəbhəsinin azad insanları və məzlum mübarizləri artıq heç bir arxası olmayan söz dəstəklərinə adət ediblər və onların rakelətinin məsafəsi ayrı yerdə tənzimlənir! O yerdə ki, onun süleymaniləri müharibədən tutmuş sanksiyaya qədər hər bir vəziyyətdə Fələstin ideyalarına əməli şəkildə dəstək verməkdən əl götürmədilər, rəhmət peyğəmbərinin 15 il onun səmtinə namaz qıldığı və müsəlmanların ilk qibləsini xilas etmək üçün heç bir səyi əsirgəmədilər.
Bəli, İran İslam Respublikası müqavimət cəbhəsinin tək ciddi və dönməz müdafəçisi olaraq ötən 42 ildə Fələstin müqavimət cəbhəsi uşaqlarının və cavanlarının silahını daş və ağacdan raket gücünə çevirmişdir, özü də onlarla çiyin-çiyinə dayanaraq onların qəm-qüssələrinə, yaralarına, məhrumiyyətlərinə şərik olmuşdur.
Şəhid Mustafa Çamran, şəhid Qasim Süleymani kimi qəhrəmanlar fələstinli uşaqların yaşayışı ilə yaşamış, dərdlərinə ağlamış, mübarizələrində döyüşmüşdür ki, bugün artıq İsrailin sonu çatsın.
Şəhid Mustafa Çamranın sözü ilə desək, döyüş (həqiqi döyüş!) şeypuru çalınanda mərdi namərddən ayırd etmək asan olur.

 
  • Yazılıb
  • da (də) 2021 May 16
  • Göndərən جهان کمالی