Tarix : 2021 May 16
Kod 61265

Təbriz SEPAH-ının komandiri: Təbriz Qəzzə ilə qardaşlıq əhdini uca tutur

Aşura SEPAH-ının komandiri deyib: “Təbriz və Qəzzə arasında neçə ilərdir ki, qardaşlıq əhdi vardır. Bu mübarək əhd Qüds uca ideyasının simasına unutqanlıq tozu qonmasına icazə verməyəcək.”
Arannews :şərqi Azərbaycan SEPAH-ının komandiri ikinci briqada generalı Abidin Xürrəm sionist rejiminin Qəzzəyə vəhşi hücumlarına münasibət bildirərək deyib: “Son günlərdə İslam dünyası müxtəlif hadisələrlə üzləşib. Bir tərəfdən Əfqanıstanda baş verən dəhşətli cinayət qəlbləri ağrıtdı, digər tərəfdən də bölgədəki terror bazası olan sionist rejimi bir daha bütün xəbisliyi ilə məzlum, lakin müqavimətçi Fələstin xalqı əleyhinə müharibə maşınını işə salıb.
Əfqanıstanda baş verən son hadisələr hər bir azad insanın qəlbini ağrıdır və Qərbi Asiyanın digər bölgəsində cəllad, uşaq qatili, cinayətkar sionist rejimi Məscidül-Əqsaya hücum etmiş, onlarla müdafiəsiz kişi, qadın və uşağı qanına boyamış, şəhid etmişdir. Dünya güclərinin istək və iradəsinin əksinə olaraq müqavimət qrupları bu dəfə mənfur sionist rejimini böyük problemlə üzləşdirib.
Təbriz və Qəzzə arasında neçə ilərdir ki, qardaşlıq əhdi vardır. Bu mübarək əhd Təbrizdə Qüds uca ideyasının simasına unutqanlıq tozu qonmasına icazə verməyəcək.
Ramazan intifazəsinin şəhidlərinin pak və nurani ruhlarına, Fələstinin şücaətli və qeyrətli mücahidlərinin uca himmətinə salam göndərirəm, Aşuraçılar yurdundan sinost rejimilə mübarizənin şəhidlərinin xatirəsini əziz tuturam.”
Mənbə: Mehr Xəbər Agentliyi

 
  • Yazılıb
  • da (də) 2021 May 16
  • Göndərən جهان کمالی