Tarix : 2021 May 18
Kod 61269

Fədakarlıq medalının verilməsinin müxalifləri Qafqazda Süleymani məktəbinin genişlənməsindən qorxurlar-Təhlil

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi və Ali Məqamlı Rəhbərin bu ölkədə nümayəndəsi höccətül-islam Ocaq Nejadın şəhid genaral Polad Həşimovun ailəsinə “Şəhid Qasim Süleymani” medalı təqdim etməsi Bakıda pantürklər və sionistlər, habelə İranda Cənubi Qafqaz bölgəsi və ona hakim vəziyyətlə tanış olmayan, hökumət və xalqı ayırd etmək gücünə sahib olmayan bir sıra sadə düşüncəlilərin söz-söhbəti və narazılığı ilə qarşılaşdı.
AranNews – Azərbaycan Respublikası ordusunun şəhid komandirlərindən birinə medal və fədakarlıq lövhəsi verilməsinin ardınca vitural aləmdə bu barədə müxtəlif baxışlar yer aldı. Beynəlxalq məsələlər üzrə ekspert Seyid Hamid Hüseyni öz məqaləsində bu mövzudan söz açmışdır. Məqaləni sizə təqdim edirik:
Ötən həftə İran İslam Respublikasının Azərbaycan Respublikasında səfiri Seyid Abbas Musəvi səfirliyin hərbi attaşesi və Ali Məqamlı Rəhbərin bu ölkə üzrə nümayəndəsi höccətül-islam Ocaq Nejadla birlikdə şəhid general Polad Həşimovun evində olub, şəhidin ailəsi ilə görüş zamanı “Şəhid Qasim Süleymani” medalı onun xanımına və övladlarına təqdim edib, şəhidin xatirəsini uca tutub.
Polad Həşimov 2020-ci ilin iyul ayında Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonuna təcavüzkar əməliyyatı nəticəsində bir qrup silahdaşları ilə birlikdə şəhid oldu. Bu şəhidin qanı həmin ilin payızında işğal edilmiş Qarabağın azad edilməsinə bais oldu. Şəhid Polad Həşimov Aşura məktəbinin aşiqi idi və özünü həzrət İmam Hüseynin (ə) davamçısı kimi tanıdırdı.
Bunu da qeyd edək ki, “Şəhid Qasim Süleymani” medalı İran İslam Respublikasının ikinci beynəlxalq medalıdır. Bu medal bir əsas hissədə müqavimət, digər 6 hissədə: siyasət, KİV, idman, mədəniyyət və incəsənət, təlim və ictimaiyyət bölmələrində bu mükafatın meyarlarını özündə toplamış namizədlərə təqdim edilir. İran səfirinin şəhadət məqamının uca tutulması, cihad və müqavimət mədəniyyətinin tərvici istiqamətindəki dəyərli addımı bir sıra daxili ünsürlərin və 200 dollarlıq separatçı xarici ünsürlərə xoş gəlməyib. Həmin üzdən bir neçə gündür ki, ölkəmizin bu yüksək səviyyəli və mütəxəssis diplomatı ən pis və şiddətli hücümlarla üzləşib. Digər tərəfdən də xaricdə yaşayan anti-inqilabçı ünsürlərin, habelə daxili lümpenlər və satqınların öz nifrətlərini büruz etmək üçün fürsət yaranmışdır ki, beləliklə bir daha ağaları sionistlərə öz qulluqlarını sübut etsinlər, İslam İnqilabının və şəhid Qasim Süleymani məktəbinin uca ideyaları qarşısında dayanmış olsunlar. Təəssüf ki, İslam İnqilabının Qafqazda tezisini və mövcud durumu düzgün ayırd edə bilməyən bəzi sadə düşüncəli ünsürlər də səhv və ölçülüb-biçilməmiş təhlillərə inanaraq, öz nadanlıqları ilə düşmən meydanında oynamış, bu işləri ilə ölkəmizin səfiri əleyhinə zəhərli mediaya kömək göstərmiş, meydanı İslam İnqilabının məğlub və zillətə düşmüş rəqibinin xeyrinə daraltmışlar. Lakin dərin və dəqiq baxışla baxdıqda görürük ki, bədxahların bütün bu əməllərinin kökündə onların İslam İnqilabı prinsipləri və müqavimət tezisinin Cənubi Qafqazda dərin nüfuzuna qarşı kin-küdurətləri dayanır. Cənubi Qafqaz həmin yerdir ki, general Qasim Süleymaninin şəhid olması ilə birdən birə müqavimət cəbhəsi rənginə boyandı, bütün süni maneəçiliklərə baxmayaraq matəm libası geyindi və özünü İslam sərkərdəsinin itirilməsi qəminə şərik bildi. Azərbaycanın vitural aləminin şəhid Süleymani rənginə boyanması və bu ölkədə minlərlə insanın o şəhidin dəfn və ildönümü mərasimlərində iştirak etməsi separatçı düşmənin və Ərdoğanın tayfa servislərinin səthi və vaxtı bitmiş təhlilləri xaricində idi. Onlar bu müasir aydın reallıqdan bərk narahat oldular, öz kinlərini büruz etmək üçün fürsət axtarırdılar ki, bəlkə öz dərin yaralarının üzərinə Səudiyyə və sionist dollarları ilə məlhəm qoya bilsinlər, tozlanmış simalarını silkələsinlər, bu bölgədə öz yurdsuzluqları üçün kor bir ümid tapsınlar.
Pantürkizm və sionizm kimi cinahların şəhid Süleymani məktəbinin Qafqazda genişlənməsindən vəhşətə düşməsi inkaredilməz reallıqdır. Qafqazda özlərinə yer etmək üçün yeri-göyü bir-birinə qatanlar Qasim Süleymani məktəbinin bu ölkə xalqının qəlbində yer almasına, cihad və şəhadət mədəniyyətinin tərvicinə qətiyyən dözə bilməyəcəkləri məlumdur. Təbii ki, belə qorxu içində və naşılıqla onu ləkələməyə səy edəcəklər.
Şübhəsiz, ölkəmizin fəal səfirinin Azərbaycan Respublikasının aidiyyatı rəsmi orqanları ilə koordinasiya edilmiş bu dəyərli addımı ictimai diplomatik sahəsinin nadir böyük addımlarından sayılır və illərdir ki, müxtəlif səbəblərdən boş qalmış bu meydanda aktivlik, həmin meydanın rəqiblərinə xoş gəlmədiyindən hücuma məruz qalır. Səfirin bu uca addımı əvvəl separatçılar və kimliyi olmayan pantürklər tərəfindən tənqid olundu, hətta ailə ixtilaflarından sui-istifadə etməklə, şəhid Polad Həşimovun anası və qardaşına qarşı təzyiq və təhriklə səfir və İran əleyhinə müsahibə verməyə məcbur etdilər. Halbuki, bu medal şəhidin anası və qardaşına verilməyib.
Bu separatçı və millətçi qrupların şeytani zatı, öz məqsədlərinə çatmaq üçün işə saldıqları ideoloji elementləri, ülvi əxlaqi dəyərləri ayaq altda qoymaları, inancları təhqir etmələri ilk dəfə deyildir. Bu oyunu qızışdıranlar Türkiyənin bir sıra servisləri, düşmən mövqedə dayanan Günaz TV və tanınmış pantürkçü Cahandar Bayoğludur. Günaz TV-nin Bakı şöbəsinin rolu və onun Azərbaycan Respublikası hakimiyyətinin rəsmi mövqei ilə təzadlı təxribatçı fəaliyyətini də inkar etmək olmaz.
Bu hücumların digər hissəsi də ölkənin daxilində xarici servislərdən pay alan lümpenlərə tapşırıldı. Belə ki, onlar da aldıqları pay qarşılığında xarici mediaların şeypurları ilə səs-səsə verdilər, öz separatçı kin-küdurətlərini gizlətmək üçün taxdıqları niqabı üzlərindən götürüb səfiri tənqid etdilər, ölkəmizin milli maraqları əleyhinə danışdılar.
Bu hücumların digər fəsli həyata keçmiş əməlin mahiyyəti barədə şübhələrin ortaya atılması ilə başladı. Belə ki, İranda Cənubi Qafqaz bölgəsi və ona hakim vəziyyətlə tanış olmayan, hökumət və xalqı ayırd etməyi bacarmayan bir sıra sadə düşüncəlilər gözü bağlı və yersiz təəssübkeşliklə öz səhv təhlilləri üzərində dayandılar, heç bir şeydən xəbəri olmadan İran İslam Respublikasının və İslam İnqilabının düşmənləri ilə səs-səsə verdilər, ölkəmizin maraqlarını zəiflətməyə və inqilabçı səfirin dəyərli addımını gözdən salmağa səy etdilər.
Sonda qeyd edək ki, özünəgüvən və beynəlxalq balansda yeni yer kəsb etməyin başlanğıcı sayılan İslam İnqilabı yolunda hərəkət etmək üçün yorulmaz təlaşlar, maneələr qarşısında dayanmaq lazımdır. Tuşlanan saysız hücumlar və sərt rəftarlar qarşısında qalib olmağın sirri və açarı Allahın məğlubedilməz qüdrətinə iman, inqilabçılıq əhval-ruhiyyəsini qorumaq, dini və əxlaqi təlimlərdən faydalanmaqdır. İslam İnqilabının qəhrəmanlıq keçidində addımlamaq, bu yolu işıqlandıranlara qoşulmaq və İslam mədəniyyəti yaratmaq üçün zəminə yaratmaq qarşısında hücumlar, şiddətlər, əzab-əziyyətlər dayanır. İslam İnqilabının enişli-yoxuşlu tarixi boyunca bu izzətli yolun təsisçiləri və böyükləri həmin problemlərlə üzləşiblər; onların hər biri öz səviyyəsində canından, malından və abrından keçərək bu əzəmətli yolun təməllərini möhkəmləndiriblər.
Səfirin bu addımının əhəmiyyəti barədə təkcə bunu demək kifayətdir ki, onun bu hərəkəti İran İslam Respublikası və İslam İnqilabının bütün düşmənlərini yandırıb-yaxmış, onları nalə çəkməyə məcbur etmişdir. Ölkəmizin yüksək səviyyəli diplomatının Ali Məqamlı Rəhbərin 17 Rəbiüləvvəl tezisindən ilham almaqla həyata keçirdiyi bu izzətli addım qızıl səhifə olaraq bütün iranlıların və İran İslam Respublikasına ürək yandıranların yaddaşında əbədi olaraq qalacaq. Ona görə də bu yolu getmək lazımdır.

 
  • Yazılıb
  • da (də) 2021 May 18
  • Göndərən جهان کمالی