Müqəddəs Ramazan bayramı günlərində, dinlərin ortaq mirası, müsəlmanların ilk qibləsi olan müqəddəs məkan Məscidi Əqsada ibadət edən insanlara qarşı başlayan zorakılıq münaqişəyə çevrilmişdir.
Arannews :Bağışlayan və mehriban Allahın adı ilə
Müqəddəs Ramazan bayramı günlərində, dinlərin ortaq mirası, müsəlmanların ilk qibləsi olan müqəddəs məkan Məscidi Əqsada ibadət edən insanlara qarşı başlayan zorakılıq münaqişəyə çevrilmişdir. Hal hazırda 200-ə yaxın ölüm və yüzlərlə insanların yaralanması ilə nəticələnən şiddətli çatışma davam etməkdədir.
BMT, İƏT, ƏDL və digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayaraq Fələstin xalqına heç bir hüquq tanımayan rejim zülmdə həddi aşmış, bütün qırmızı xəttləri keçmişdir.
Təəssflə 80 ilə yaxın bir zamanda Fələstin xalqına qarşı torpaqlarının işğal olunub və özləri isə zorakılığa, haqsızlığa məruz qalmasına, zülmlərə ciddi şəkildə dur deyilməyib. Hər il yaşanan zülm təəsüf ki, dünya ictimaiyyətinin gözü önündə baş versədə demokratiya və insan haqlarından danışan təşkilatlar özlərini görməməzlikdən gəlmiş və ya sadəcə seyirci qalırlar. Bəzən də əsrin müqviləsi və Qüdsün İsrailin paytaxtı elan olunması kimi ədalətsiz və qərəzli qərarlarla münaqişəni daha da alovlandırmış, ikili standartlar yürütməklə haqsızlığa dəstək olmuşlar.
Bir halda ki, zülmə məruz qalanların yanında və zalimə qarşı olmaq dini məsuliyyətdən əlavə dinindən aslı olmayaraq bəşəriyyətin boynunda olan insani borcdur. Həm də dinlərin mübarək hesab etdiyi torpaqlarda işğala son qoyulmaqla barışın hakim olması ibrahimi dinlərə mənsubların ürəkdən istəkləri olmalıdır.
Bu gün Fələstin xalqının canı və qanı bahasına etdiyi qeyri-bərabər münaqişədə var gücü ilə dirəniş göstərməsi haqsız yerə qəsb olunmuş torpaqlarının və haqlarının əldə olunması üçündür. Həmçinin illər ərzində minlərlə günahsız körpələri uçqunlar altında qoyulan, gənc övladları qətl edilən, qadın və qocalarına rəhm olunmayan xalqın zülmdən qurtulmaq üçün müqavimətdən başqa bir çarəsi qalmayıbdır.
Biz insan qırğınlarını, uşaqların ölməsini istəməyərək dünya dövlətlərindən və beynəlxalq mötəbər təşkilatlardan gözləntimiz odur ki, bir araya gəlib Fələstin xaqlının haqqını tanıyaraq ədalətli qərar verməklə sülhə nail olunsun. Münaqişəyə, insan qırğınlarına son qoyulsun.