Arannews -Giperssilka xəbər verir ki, mayın 18-də Təbrizdə Qəzza ilə həmrəylik mitinqi keçiriləcək. Redaksiyamıza daxil olan məlumata əsasən, təbrizlilər yerli vaxtla səhər saat 11:00-da Vilayəti-fəqihin Şərqi Azərbaycan nümayəndəsi, Təbriz imam-cüməsi Seyyid Məhəmməd Ale-Haşemin evi qarşısında toplanacaqlar.
Mitinqdə Fələstin xalqına Təbriz əhalisinin dəstəyi ifadə olunacaq, uşaq qatili və işğalçı sionist rejimə etirazlar səslənəcək.. Mitinqin zöhr namazınadək davam etməsi planlaşdırılır.
Qeyd edək ki, tibbi-sanitar şəraitlə əlaqədar məhdudiyyətlərin tətbiq edilməsini əsas tutan yerli icra strukturları Qəzza mitinqinin keçirilməsinə qarşı çıxsalar da, Təbriz xalqı, xüsusən Təbriz gəncləri mitinqin baş tutmasında israrlıdırlar.
Xatırladaq ki, iki şəhər arasında 2013-cü ildə imzalanan sənədə əsasən, Təbriz və Qəzza 8 ildir ki, qardaşlaşmış şəhərlərdir.