Tarix : 2021 May 18
Kod 61274

Sionist vəhşilərinin Bakıda məsləhətçisi müharibə cinayətkarlarının mühakimə olunmasını istəyir!

Sionist vəhşilərinin Bakıda məsləhətçisi Arye Qut Qarabağda müharibə cinayətkarlarının mühakimə olunmasını istəyib. Halbuki, beynəlxalq ictimaiyyətin sionist rejiminin 1982-ci ildə Sabra və Şatila soyqırımı kimi cinayətləri qarşısında sükutu Qarabağda ermənilərin Xocalı faciəsi kimi cinayətləri təkrarlamasına səbəb oldu. Təəssüflər olsun ki, Azərbaycan Respublikası hökuməti hələ də bu sükutu davam etdirir.
AranNews – Azərbaycan Respublikası hökumətinin sionist məsləhətçisi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işğal edilmiş Fələstində nümayəndəliyinin rəhbəri Arye Qut Kanadanın “Thej.ca” saytına müsahibəsində Bakının Ermənistandan beynəlxalq məhkəmələrə şikayət etməsini zəruri sayıb və azərbaycanlıları intiqam almaq üçün sionizmə oxşar bir hərəkat yaratmağa çağıraraq deyib: “Ermənilərin törətdiyi vandalizmə və terrorizmə, soyqırımına görə bu hadisələrin təşkilatçıları hərbi canilər kimi cavab verməlidirlər.”
Qeyd edək ki, 3 il bundan əvvəl Azərbaycan Respublikasında sionist ekspertlər Arye Qut və onun atası Əmir Qutun Xocalı faciəsi mövzusunda yazılmış “Ağrı” romanının təqdimatı oldu. Halbuki, 16 sentyabr 1982-ci ildə Sabra və Şatila əhalisi, on il sonra 26 fevral 1992-ci ildə isə Xocalı əhalisi ağır faciənin şahidi oldu. Birinci soyqırımın səbəbkarı qondarma İsrail rejiminin ordusu, ikinci soyqırımın səbəbkarı isə Ermənistan ordusu olmuşdur.
Məlumdur ki, Azərbaycan Respublikası müsəlman xalqının Ermənistanın cinayətlərini sübut etməsi və onu məhkum etməsi üçün Fələstin xalqına qarşı cinayət törədənlərin, Sabra və Şatila soyqırımına mürtəkib olanların məsləhətinə ehtiyacı yoxdur. Əksinə beynəlxalq ictimaiyyətin ötən 100 ildə sionistlərin cinayətləri qarşısında susmaları Qarabağda Xocalı soyqırımı kimi faciənin təkrarlanmasına səbəb olmuşdur. Əgər dünya ölkələri əvvəldən sionist rejiminin cinayətlərinə etiraz etsəydilər, ona qarşı ciddi mövqe tutsaydılar və beynəlxalq məhkəmələrdə mühakimə edərək onu öz cəzasına çatdırsaydılar, bəlkə də Xocalı faciəsi ən azından beynəlxalq etirazlara görə baş verməyəcəkdi. Günahsız insanları, xüsusilə də qadın və uşaqları qətliam etmək dünyanın heç bir yerində qəbul edilmir.
Koronavirusun yayıldığı bu çətin günlərdə dünyanın azad insanları sionist rejiminin fələstinlilərə qarşı cinayətlərinə etiraz edirlər ki, bu cinayətlər bir daha təkrar olmasın. Lakin bu etirazlar Azərbaycan Respublikasında mümkün deyil və bu ölkənin hökuməti Azərbaycan xalqının istəyinin əksinə olaraq sionist rejimi əleyhinə etiraza icazə vermir və özü də sükut etmişdir.
Əgər vandalizm, vəhşilik, terrorizm, soyqırım və məzlum insanları köçkün salmağa görə intiqam alınmalıdırsa, əvvəl vəhşi sionistlər mühakimə olunmalıdır, yaxud ən azından ermənilərlə israillilərin məhkəməsi eyni vaxtda keçirilməlidir və onların cəzalandırılması gələcək nəsilə ibrət olmalıdır.

 
  • Yazılıb
  • da (də) 2021 May 18
  • Göndərən جهان کمالی