Tarix : 2021 May 19
Kod 61275

Təbrizlilər Qəzzədə baş verən cinayətlərə etiraz etdilər - Fotolar

Təbriz əhalisi bu günlərdə qana boyanmış və Təbrizlə qardaşlıq əhdi bağlamış Qəzzəyə qarşı baş verən cinayətlərə etirazını bildirdi, qondarma İsrail rejiminin vəhşiliklərinə nifrətini elan etdi və bölgənin bütün ölkələrini, xüsusilə də Azərbaycan Respublikasını bu uşaq qatili olan rejimlə əlaqələrini kəsməyə çağırdı
Arannews :Təbriz əhalisi zülmə məruz qalmış Fələstin xalqına, xüsusilə də Təbrizlə qardaşlıq əhdi bağlamış Qəzzəyə dəstək olmaq, habelə Əfqanıstan şəhidlərini uca tutmaq məqsədilə səhiyyə protokollarına riayət etməklə aksiya keçirdi.
Aksiyada Təbrizin qeyrətli gəncləri Azərbaycan hökumətinin vəhşi sionist rejiminin neftini təmin etməklə, ona dəstək göstərməsinə etiraz etdilər, bu hərəkəti bəşəriyyət üçün rüsvaylıq ad
landırdılar və bölgə dövlətlərini mənfur sionist rejimi ilə əlaqələrini tam kəsməyə çağırdılar.
Aksiya iştirakçılarından bəziləri Azərbaycan İslam Partiyasının rəhbəri doktor Mövsüm Səmədov və bu ölkənin zindanlarında ədalətsizliyin qurbanı olmuş islamçı məhbusların şəkillərini əllərində tutaraq, onların dərhal azad edilməsini tələb etdilər.

























































  • Yazılıb
  • da (də) 2021 May 19
  • Göndərən جهان کمالی