Fələstin Səhiyyə Nazirliyi son 9 gün ərzində İsrail rejiminin Qəzzaya təcavüzü nəticəsində 212 nəfərin şəhid olduğunu və 1400 insanın yaralandığını açıqlayıb.
Arannews -"Palinfo"a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada 61-u uşaq və 36-ı qadın olmaqla şəhid olanların sayının 212-ə, yaralıların sayının 1400-ə yüksəlib.
Səhiyyə Nazirliyinin sözçüsü doktor Əşrəf Əl-Qidra bildirib ki, yaralılardan 400-ü uşaq və 270-si isə qadındır.
O, Qəzzadakı xəstəxanalardakı yaralıların 50-dən çoxunun vəziyyətinin ağır olduğunu və 340-nın orta ağır olduğunu bldirib.
Onun sözlərinə görə, 400-dən çox insan bədəninin müxtəlif yerlərindən və 105 nəfər isə başından yaralanıb.
Əl-Cəzirə telekanalının məlumatına görə, işğalçı rejimin Qəzzaya hücumları nəticəsində 100-dən çox bina dağıdılıb.