Tarix : 2021 May 19
Kod 61278

İşğalçı İsrail rejiminin Qəzzaya təcavüzü davam edir: 212 fələstinli şəhid olub

Fələstin Səhiyyə Nazirliyi son 9 gün ərzində İsrail rejiminin Qəzzaya təcavüzü nəticəsində 212 nəfərin şəhid olduğunu və 1400 insanın yaralandığını açıqlayıb.
Arannews -"Palinfo"a istinadla xəbər verir ki,  Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə,  Qəzzada 61-u uşaq və 36-ı qadın olmaqla şəhid olanların sayının 212-ə, yaralıların sayının 1400-ə yüksəlib. 
Səhiyyə Nazirliyinin sözçüsü  doktor Əşrəf Əl-Qidra bildirib ki, yaralılardan 400-ü uşaq və 270-si isə  qadındır. 
O, Qəzzadakı xəstəxanalardakı yaralıların 50-dən çoxunun vəziyyətinin ağır olduğunu və 340-nın orta ağır olduğunu bldirib. 
Onun sözlərinə görə, 400-dən çox insan bədəninin müxtəlif yerlərindən və 105 nəfər  isə başından yaralanıb.  
Əl-Cəzirə telekanalının məlumatına görə, işğalçı rejimin Qəzzaya hücumları nəticəsində  100-dən çox bina dağıdılıb.  
  • Yazılıb
  • da (də) 2021 May 19
  • Göndərən جهان کمالی