Tarix : 2021 May 20
Kod 61280

Arxeoloqlar: Qarabağda arxeoloji tədqiqatların təşkil edilməsinə ehtiyac var

Qarabağda bərpa-tikinti-quruculuq işləri ilə yanaşı arxeoloji tədqiqatların təşkil edilməsi abidələrin xilasına, tarixi-mədəni irsinin tədqiq edilməsinə ehtiyac var.

Arannews :AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professorNəcəf Müseybli,   İnstitutun“Çöl tədqiqatları “ sektorunun  müdiri , tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev bu fikirdədir.
Alimlər qeyd edir ki,
Qarabağda Füzuli rayonunun ərazisi böyük tikinti meydanını xatırladır.
Onların fikrinə görə ,buradan Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir.
Alimlər  hesab edir ki, buradakı zəngin təbii və mədəni landşaftı mühafizə edib qorumaq üçün ərazinin təcili şəkildə tarixi qoruq elan edilməsinə ehtiyac duyulur.
“ Təsərrüfat həyatı üçün əlverişli və münbit bir məkan olan bu çayların arasında Qədim Daş dövründən (Azıx və Tağlar mağaraları) Son Orta əsrlərə qədərki tarixi mərhələləri əhatə edən tarixi-arxeoloji abidələr mövcuddur.”
Arxeoloqlar xatırladır ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir. Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.

“ İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılmışdır. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir. Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanıldı. Xatırladaq ki, hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Q.İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınmış və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.”
Onların sözlərinə görə,Füzuli şəhərinin şimal-şərqində, Zəfər yolu ilə Köndələnçay arasında, təxminən 650 m (şərq-qərb) x 350 m (şimal-cənub) sahəni əhatə edən məşhur Qarabulaq kurqan çölünə də nəzər yetirilib. Burada iri ölçülü 20-dən artıq kurqan var.
Müəlliflər qeyd edir  ki, onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılmış və bu abidələrə zərər yetirilib.

“Bundan əlavə, inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edir. Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılmış və bu abidələrə zərər yetirilib.”
Quruçayın və Köndələnçayın Füzuli rayonu ərazisindəki sahilləri Tunc dövrünün (e.ə. III-II minilliklər) yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Buradakı kurqanlar Qarabağın, o cümlədən bütövlükdə Azərbaycanın Tunc dövrü dəfn adətlərinin, antropologiyasının, maddi mədəniyyətinin tədqiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

  • Yazılıb
  • da (də) 2021 May 20
  • Göndərən جهان کمالی