Tarix : 2021 May 21
Kod 61285

Bu günlərdə dünya hər bir azad insanın qəlbini ağrıdan hadisələrin şahididir.

Qəsbkar və uşaq qatili olan sionist rejiminin davamlı hücumları, Qəzzənin məzlum əhalisini qətliam etməsi çox kədərləndiricidir.
Arannews :Bismillahir-Rəhmanir-Rəhim
Bu günlərdə dünya hər bir azad insanın qəlbini ağrıdan hadisələrin şahididir. Qəsbkar və uşaq qatili olan sionist rejiminin davamlı hücumları, Qəzzənin məzlum əhalisini qətliam etməsi çox kədərləndiricidir.
Bu qanlı cinayətlər dünya zorakıları, yəni cinayətkar Amerika, onun avropalı müttəfiqlərinin dəstəyi, bir sıra ərəb və müsəlman ölkələrinin sükutu ilə baş verir. Beynəlxalq birliklərin və insan haqları təşkilatlarının sükutu da bu cinayətlərin ağırlığını artırmışdır.
Həmin səbəbdən lazımdır ki, bütün millətlər, xüsusilə də müsəlmanlar öz hökumətlərindən bu mövzuya daxil olmağı, Fələstinin məzlum xalqının hüquqlarını müdafiə etməyi, onların öz taleyini təyin etmək haqqının özlərinə buraxılmasına səy göstərməyi, qəsbkar və qondarma rejimin davamına son qoymağı tələb etsinlər.
Müsəlmanlar bütün vasitələrdən istifadə etməklə sionistlərin məhvi üçün təlaş etməlidir. Qətiyyən, şübhə etmirik ki, ilahi güc və qüvvə ilə Mütəal Allahın vədi həyata keçəcəkdir: “Zülm edənlər hansı dönüşə dönəcəklərini mütləq biləcəklər”.
Ali Məqamlı Rəhbər buyurduğu kimi İslam dünyasının döyünən ürəyi Qüdsü-şərifdə namaz qılacağıq. İnşallah.
Mən bu cinayətlərə etiraz edirəm və bütün müsəlmanlardan, xüsusilə də islami təşkilatlardan istəyirəm ki, bu mövzuya açıq və ciddi reaksiya versinlər, Fələstinin məzlum xalqının köməyinə tələssinlər.
Müqəddəs Qum
20 may 2021
Hüseyn Nuri Həmədani

 
  • Yazılıb
  • da (də) 2021 May 21
  • Göndərən جهان کمالی