Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Fələstin müqavimət qüvvələrinin Sionist rejimlə 12 günlük müharibədə qələbəsi münasibətilə mesajı
Arannews-"leader.ir" saytına istinadla xəbər verir ki, Ali Rəhbərin bəyanatında bildirilir:
"Bismillahir-Rəhmanir-Rəhim. Qüdrətli və məzlum Fələstinə salam olsun; Qeyrətli və qorxmaz Fələstin gənclərinə salam olsun; Qəhrəmanlıq və müqavimət göstərən Qəzzaya salam olsun, HƏMAS-a, cihad və Fələstinin bütün siyasi və mübarizə qruplarına salam olsun.
Fələstinli mücahidlərə izzət və yardımları üçün qadir və əziz Allaha təşəkkür edirəm. Mütəal Allahdan şəhid ailələrinə aramlıq və arxayınlıq, şəhidlər üçün rəhmət və müjdə, yaralılar üçün şifa diləyir və cinayətkar Sionist rejimi üzərindəki qələbə münasibətilə təbrik deyirəm.
Bu bir neçə günlük sınaq Fələstin xalqını başıuca etdi. Vəhşi və canavar xislətli düşmən vahid Fələstinin qiyamı qarşısında gücsüzdür. Qüds, Qərb sahilinin Qəzza, 1948-ci ildə işğal olunmuş ərazilər və qaçqın düşərgələri ilə əməkdaşlıq sınağı fələstinlilər üçün gələcək çıxış yolunu göstərdi.
Bu 12 gündə zülmkar rejim, xüsusən, Qəzzada böyük cinayətlər törətdi və əmələn sübut etdi ki, Fələstinin birgə qiyamının qarşısında gücsüz olduğu üçün bu kimi dəlicəsinə və alçaqcasına hərəkətlərə yol verərək dünya ictimaiyyətinin düşüncəsini özünə qarşı qaldırır, özünə və öz arxasında dayanan qərb dövlətlərinə, xüsusi ilə, cinayətkar Amerikaya qarşı daha çox nifrət yaradır.
Cinayətlərin davamı və atəşkəs tələbi - hər ikisi onun məğlubiyyətinin göstəricisidir. O (işğalçı İsrail), məğlubiyyəti qəbul etməyə məcbur oldu. Xəbis rejim bundan da zəif olacaq. Fələstinli gənclərin hazırlığı, bütün mübarizə qruplarının güc nümayişi, davamlı güc göstəriciləri Fələstini günbəgün daha da güclü, qəsbkar düşməni isə gücsüz və zəif edəcək.
Qarşıdurmaların başlanma və dayandırma vaxtı Fələstinin siyasi və mübarizə elitasının təyinindən asılıdır. Lakin hazırlıqlar və səhnədə güclü iştirak heç vaxt dayandırılmamalıdır. Muzdur qəsəbə sakinləri və hegemon rejim qarşısında müqavimət üçün "Şeyx Cərrah" bölgəsindəki təcrübə Fələstinin qeyrətli xalqının həmişəlik təlimatı olmalıdır. Şeyx Cərrah bölgəsinin comərd əhalisinə salam göndərirəm.
İslam dünyası Fələstin məsələsində tamamilə məsuliyyət daşıyır və bu, onların dini vəzifəsidir. Siyasi təfəkkür və hakimiyyət təcrübələri də bu şəri hökmü təsdiqləyir və ona təkid edir. Müsəlman dövlətləri istər hərbi gücləndirmədə, istər keçmişdə olduğundan daha çox günümüzdə ehtiyac duyulan maddi dəstəkdə, istərsə də Qəzzadakı dağıntıların və infrastrukturun yenidən qurulmasında Fələstin xalqını dəstəkləməkdə sədaqətlə meydana gəlməlidirlər.
Bu dini və siyasi istəyi xalqlar da dəstəkləməli və tələb etməlidir. Müsəlman xalqlar bu vəzifəni yerinə yetirməyi öz dövlətlərindən tələb etməlidir. Xalqlar özü də imkan daxilində siyasi və maliyyə baxımdan yardım etməyə borcludurlar.
Digər bir vacib öhdəlik isə terrorçu və qəddar Sionist hökumətinin cəzalandırılmasını təmin etməkdir. Bütün ayıq vicdanlar bu 12 gündə fələstinli uşaqları və qadınları öldürmək kimi ağır cinayətin cəzasız qalmamalı olduğunu qəbul edirlər. Rejimin bütün nüfuzlu ünsürləri və şəxsən cinayətkar Netanyahu beynəlxalq və müstəqil məhkəmələr tərəfindən mühakimə olunmalı və cəzalandırılmalıdır. Bu, Allahın qüdrəti sayəsində gerçəkləşəcək və Allah Öz işində qalibdir!