Türkiyədə siyasi qruplar, vətəndaş və sosial qurumların bir hissəsi, həmçinin partiyaların və gənclər cəmiyyətinin nümayəndələri Kurcik və İncirlik amerikan bazalarının qarşısında etiraz aksiyası keçiriblər.
Arannews :aksiyaçılar Amerikanın düşmənçilik siyasətlərinə və sionist rejimi himayə etməsinə etiraz ediblər.Dünən «Amerika, ar olsun!» və «İsrail, ar olsun!» kimi şüarlar verən etirazçılar Türkiyə ərazisində yerləşən Kurcik və İncirlik amerikan bazalarının yığışdırılmasını tələb ediblər.
Əllərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds Qüvvələrinin şəhid komandanı- general pasdar Hac Qasem Soleymaninin şəklini turan aksiyaçılar, Amerika və sionizm ilə mübarizədə və regionda təhlükəsizliyin bərqərarında şəhid Qasem Soleymaninin yolu və məktəbinin davam etdirilməsinin önəminə təkid ediblər.