Tarix : 2021 May 25
Kod 61298

"Fələstin məsələsi fərəcin (qurtuluşun) sirli açarıdır."

Bu qələbə münasibətilə məzlum, amma qüdrətli və izzətli Fələstin müqavimətini təbrik edirik.
Arannews :Bismillahir-Rahmənir-Rahim
"Fələstin məsələsi fərəcin (qurtuluşun) sirli açarıdır."
İsrail terror rejiminin qəhrəman və məzlum Fələstin müqavimətinə qarşı 12 günlük müharibəsi sona çatdı. Terror rejimi birtərəfli atəşkəs elan etməklə öz zəlilliyini və məğlubiyyətini etiraf etdi. Bir gün daş və sapandla başlanan müqavimət bu gün raket və pilotsuzları vasitəsilə qələbə marşını çalmaqdadır. 
Bu qələbə münasibətilə məzlum, amma qüdrətli və izzətli Fələstin müqavimətini təbrik edirik. İslam ümmətinin izzətinə sevinən dünya müsəlmanlarını təbrik edirik! Məzlumun zalım üzərində qələbəsindən qəlbi aram tapan bütün azad insanları təbrik edirik. 
Bu qələbə münasibətilə öz qüdrət əli ilə Fələstin xalqı üçün faciə səhnəsini hazırlayan israil terror rejimini zillət içində diz çöküb yalvarmağa məcbur edən əziz rəhbərimiz Seyyid Əli Xamenei həzrətlərini təbrik edirik. Əziz rəhbərimiz! Ümmətin bu kiçik, lakin çox mühüm və ümidverici qələbəsi sizin üçün mübarək olsun! Biz sizinlə əhd bağlayırıq ki, bundan sonra da sizin bütün göstərişlərinizə sadiq qalaraq, İslam ümmətinin izzəti üçün əlimizdən gələni əsirgəməyək!
2021, 23 may
"Vahid Ümmət" Azərbaycanlı Ruhanilər Birliyi.
  • Yazılıb
  • da (də) 2021 May 25
  • Göndərən جهان کمالی