Tarix : 2021 May 25
Kod 61300

Türkiyəli ekspert: Bütün müsəlman ölkələri Fələstinə kömək etməkdə İrandan örnək almalıdır

Sionist qəzet son Qəzzə müharibəsində müqavimətin gücünü və Təl-Əvivin müqavimət qarşısında zəifliyini vurğulayıb və bunu İsrailin ən pis məğlubiyyəti adlandırıb. “Haaretz” qəzeti bildirib ki, hazırkı müharibədə İsrailin məğlubiyyətinin aspektləri bütün keçmiş müharibələrdən, hətta 33 günlük müharibədən də dərin və çoxdur.
AranNews - İstanbul türkcəsi ilə xaricə yayım radiosuna açıqlama verən türkiyəli ekspert Sadiq Çelik sionistlərin cinayətləri və Fələstinin gələcəyi mövzularına toxunaraq deyib: “Fələstin müqavimətinin son qələbəsi sübut etdi ki, sionist rejimi müzakirə dilini başa düşmür. Yalnız müqavimət və mübarizə sionist rejimini geri çəkilməyə məcbur edə bilər. Uzun illərdir ki, sionist rejimi hər gün qabaqkından daha da həyasızlaşır, arxayınlıqla və təşkilatlanmış formada qətliam və işğal həyata keçirir. Onun öz cinayətlərini törətməsi və işğalçılığındakı arxayınlığının səbəbi İslam ölkələrinin ciddi reaksiya verməməsidir. Bu sükut sionistlərin daha da həyasızlaşmasına səbəb olub. İndiyə kimi baş tutan müzakirə və sazişlərlə sionist rejimi öz istəklərindən bir addım da olsun geri çəkilməyib. Yalnız müqavimət onu geri oturda bilər.”
Siyasi məsələlər üzrə ekspert müqavimət cəbhəsinin son qələbəsində İran İslam Respublikasının roluna toxunaraq deyib: “İslam İnqilabının qələbə çaldığı və İran İslam Respublikasının qurulduğu vaxtdan bu ölkə davamlı olaraq əməli şəkildə Fələstinə dəstək verməyə başladı. Fələstin məsələsi həmin dövrdən İslam ümmətinin ən önəmli mövzusu kimi tanıdıldı. İran o gündən indiyədək Fələstin məsələsini İslam dünyasının ən önəmli mövzusu kimi gündəmdə saxlamağa səy edir. İranda İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) yaradılmasının səbəblərindən biri də Fələstin mövzusudur. İran təkcə tənqid və etirazların fayda verməyəcəyini başa düşdüyündən əməldə dəyərli addımlar atmışdır.”
Sadiq Çəlik müsəlman ölkələrinin Fələstin mövzusunda İran İslam Respublikasından örnək almalarının vacibliyini vurğulayaraq deyib: “Bu istiqamətdə ən mühüm məsuliyyət bölgə xalqlarının öhdəsinə düşür. Bölgə ictimaiyyəti öz dövlətlərinə təzyiq göstərməli və onları sionist rejiminə qarşı əməli mübarizə üçün addım atmağa sövq etməlidirlər. Bunun üçün müsəlman ölkələri hətta hərbi variantı da nəzərdən keçirməlidir. Müqavimət qüvvələrinin son qələbəsi olduqca dəyərlidir. Lakin son qələbəyə nail olmaq üçün daha böyük addımlar atmaq lazımdır. Sonda bu balansda əsas rolu Fələstin xalqı və bölgə müsəlmanları oynamalıdır. Müsəlmanlar elə düşünməməlidir ki, onların dövlətləri İsrail ilə mübarizə etmək üçün məsuliyyət daşımır. Bu mövzuda hər kəs məsuliyyət hiss etməlidir. Xüsusilə də bölgə ölkələrinin çoxunun Amerikanın və onun əlaltıları olan hökumətlərin məkirli planlarına düçar olduğu indiki vaxtda.”

 
  • Yazılıb
  • da (də) 2021 May 25
  • Göndərən جهان کمالی