Tehranın Bakıdakı səfiri vurğulayıb ki, Azərbaycanın əraziləri işğaldan azad olduğu kimi Fələstin də işğaldan azad olacaq.
AranNews :iran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi vurğulayıb ki, Qarabağ işğaldan azad edildiyi kimi Fələstin də işğaldan azad olacaq.
Təbrizin Xaricə Yayım radiosunun “Açıq söz” verlişinə müsahibə verən səfir Xürrəmşəhrin azad olunması və Fələstin məzlum xalqının son iftixarlı qələbəsi münasibətilə öz təbrikini bildirməklə yanaşı deyib: “Bildiyiniz kimi son günlərdə qondarma sionist rejiminin Azərbaycan Respublikasında səfiri müsəlman xalqları, İran və Azərbaycan xalqları əleyhinə həyasızlıq etmişdi. Bu üzdən uyğun cavab almalı idi və cavabını aldı. Sionist rejimi ayaq basdığı hər yerə təfriqə, pərakəndəlik və qeyri-sabitlik gətirir. Gördüyümüz kimi bu bölgədə də hüzurunun arxasında pis niyyəti dayanır, müsəlman xalqlar və digər millətlər arasında təfriqə yaradırlar. Bunu da qeyd edim ki, bölgə xalqları və dövlətləri, xüsusilə də İran və Azərbaycan xalqları ayıqlıq göstərərək bu kimi tərfiqələrin yaranmasına yol vermirlər. Sionistlərin tarixi bütünlüklə qəsb, işğal və təcavüzlə doludur. Bununla belə özlərini məzlum göstərməyə, beləliklə, bölgəyə daxil olmağa səy edirlər, bölgə xalqlarının əhval-ruhiyyəsi ilə uyğun olmayan addımlar atırlar.
Seyid Abbas Musəvi müsahibəsinin digər hissəsində deyib: “Sionist rejiminin Azərbaycan Respublikasında səfirinin sözləri onların digər bütün mövqe, siyasət və addımları kimi təfriqə xarakteri daşıyırdı. Səy etmişdi ki, bölgə xalqlarının, müqavimətin, Fələstinin, xüsusilə də Qəzzənin qeyrətli və məzlum xalqının qələbəsi ilə bitən son qeyri-bərabər müharibədə sionist rejimini məzlum kimi göstərsin. Azərbaycan Respublikasının qeyrətli müsəlmanlarına müraciət edərək sionistlərlə həmdərd olmağa çağırmışdı. Sonra üzünü İrana tutaraq İsrailə dəyən bütün zərbələrin İran və İranın dəstəklədiyi qruplar tərəfindən olduğunu bildirmişdi. Qeyd edim ki, İran özlərini müdafiə edən zülmə düçar olmuş xalq və qrupları dəstəkləməkdən çəkinmir. Nə qədər ki, işğal var, bu dəstəklər də davam edəcək. Dünya müsəlmanlarının, İran və Azərbaycan müsəlmanlarının dini vəzifəsi budur ki, məzlumun fəryadına cavab versinlər, bütün imkanlarından istifadə edərək onları dəstəkləsinlər.”
Səfir daha sonra bildirib: “İran İslam Respublikası sübut etmişdir ki, hər yerdə işğal varsa, hər hansı İslam ölkəsinin ərazi bütövlüyü təhlükəyə düşürsə, onu müdafiə etməyi öz vəzifəsi bilir, bütün mümkün yollardan istifadə edərək ona dəstək verir və işğalçılara qarşı çıxır. Bunun son nümunəsini Ali Məqamlı Rəhbərin 17 Rəbiüləvvəldə Qarabağın İslam torpağı olmasına təkid etməsində, Azərbaycan Respublikasının işğal edilmiş bütün ərazilərinin İslam torpağı olaraq bu ölkəyə, bu ölkə xalqı və hakimiyyətinə qayıtmalı olmasını vurğulamasında gördük. Habelə, bu, müsəlman xalqları əleyhinə işğalçılığın davam edə bilməyəcəyinə, müsəlmanların işğal, təcavüz və zülm altında qalmayacağına bir nümunə idi. Bəzi içiboş güclərin və ölkələrin beynəlxalq dəstəklər vasitəsilə hansısa bölgəni bir neçə günlük işğal etmələri mümkündür, lakin gec-tez bu bölgəni öz əsli sahibləri olan müsəlmanlara qaytarmağa məcburdurlar. İslam torpağı olaraq Qarabağın azad olması hadisəsi, inşallah tezliklə Fələstində də Fələstin xalqı və İslam ölkələrinin hamısının dəstəyi ilə baş tutacaq. İnşallah, bu qələbə gec olmayacaq.”