Tarix : 2021 May 27
Kod 61309

Paşinyan Qarabağ savaşındakı məğlubiyyətin yeganə müqəssiri deyil

Ermənistanın ilk prezidenti bu ölkənin son Qarabağ savaşında Azərbaycan Respublikasına uduzmasının səbəbinin Ermənistanın bütün elitası və müxaliflərinin üzərinə düşdüyünü bildirib.

Arannews :Ermənistanın SSRİ-dən müstəqil olmasından sonra bu ölkənin ilk prezidenti olmuş Levon Ter-Petrosyan deyib ki, Nikol Paşinyandan əlavə, bu ölkənin bütün elitası və müxaliflərinin son Qarabağ savaşında rolları olub.
«Ermənistan Milli Konqresi» partiyasının lideri, 76 yaşlı Ter-Petrosyan vurğulayıb ki, siyasi qüvvələr Nikol Paşinyanın, elə onların özlərinin düzəldib, yaratdıqları bir şey olması məsələsini qəbul etməlidirlər.
Ermənistanın keçmiş prezidentinin sözləri elə bir şəraitdə ifadə olunubdur ki, bu ölkənin Dağlıq Qarabağ bölgəsi üstündə Azərbaycan Respublikası ilə son savaşından sonra Paşinyana qarşı təzyiqlər davam edir. Bu savaş Ermənistan müxalifətinin sözlərinə görə, Paşinyanın xəyanəti nəticəsində həmin ölkənin məğlubiyyətilə nəticələndi.

  • Yazılıb
  • da (də) 2021 May 27
  • Göndərən جهان کمالی