Tarix : 2021 May 29
Kod 61313

Petrosyan “Qarabağ Ermənistandır demə” deyirdi

Qarabağda müharibədən qaçmaq imkanları vardı. Bütün 7 regionu, Qarabağın yarısını, o cümlədən Şuşanı heç bir ilkin şərt olmadan vermək olardı. Bununla belə Qarabağın yerdə qalan taleyi qeyri-müəyyən qalacaqdı.

Arannews :xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
“Hesab edirdik ki, mübarizə aparmalıyıq, təslim olmamalıyıq. Bizi “Yeni müharibə, yeni ərazilər” bəyanatını səsləndirməkdə ittiham edirlər. İnternetdə 2016-cı ildə yerləşdirilən, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Azərbaycanın hücum edəcəyi təqdirdə daha çox ərazi itirəcəyimizlə bağlı videosu var. Faktiki olaraq bizi müəllifinin onların özünün olduğu formulda ittiham edirlər. Ter-Petrosyan bir zamanlar özü mənə “Qarabağ Ermənistandır” ifadəsini işlətməməli olduğumu deyirdi. Öz nöqteyi-nəzərincə o haqlıdır, çünki ona görə Qarabağ Azərbaycandır. Əgər onlar Qarabağı Azərbaycan hesab edirlərsə etsinlər”, – deyə o bildirib.

  • Yazılıb
  • da (də) 2021 May 29
  • Göndərən جهان کمالی