Tarix : 2021 May 30
Kod 61316

Rusiya Zəngəzura əlavə sərhəd qoşunları yerləşdirmək istəyir

Azərbaycan və Ermənistan sərhədindəki situasiya ilə əlaqədar, Rusiyanın Sərhəd Qoşunları Zəngəzurda mövcudluğunu artırıb.

Arannews :Azərbaycan Respublikası mediaları xəbər verirlər ki, bu məlumatı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yayıb. Onun sözlərinə görə, sərhəd qoşunlarının yeni kontingentinin bölgəyə gətirilməsi, Azərbaycan və Ermənistan sərhədindəki situasiya ilə əlaqədardır. O, Ermənistandakı Rusiya hərbçilərinin artan yüklə xidmət etdiyini vurğulayıb.
Qeyd edək ki, bundan öncə Ermənistan hökuməti Qafan, Mehri və Texdə Rusiyaya pulsuz əsasda torpaq sahələrin verilməsi barədə qərar qəbul etdiyi bildirilmişdi.
Rusiyanın Azərbaycan və Ermənistan sərhədlərindəki son vəziyyətlə bağlı Ermənistan tərəfdə qoşun yerləşdirməsi elə bir şəraitdədir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyev dünən Ağdamda etdiyi çıxışında Ermənistanın dövlət qura bilmədiyi və başqa dövlətlərin çərçivəsində yaşadığını bildirərək belə dedi: Biz öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz.
İlham Əliyev Avropa dövlətlərini də ermənipərəst mövqedə ittiham edərək Azərbaycan Respublikasının onların anti-Azərbaycan qətnamələrinə heç bir əhəmiyyət vermədiyini bildirdi: “İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir.”

  • Yazılıb
  • da (də) 2021 May 30
  • Göndərən جهان کمالی