Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla kommunikasiyanın blokdan çıxarılmasının yaratdığı təhlükəni evdən çıxarkən gün vurması ehtimalı ilə müqayisə edib.
AranNews-Modern.az xəbər verir ki, o, Şenqavit icması tərəfdarlarının suallarını cavablandırarkənmaraqlı müqayisə aparıb.
Paşinyan vətəndaşların mövcud şəraitdə yolları açmağın təhlükəli olub-olmadığını, "Azərbaycana etibar etmək olarmı" sualına belə cavab verib:
“Təəssüf ki, müasir həyatda təhlükəsiz bir şey yoxdur. Məsələn, evdən çıxmaq təhlükəlidir, ya yox? Əlbətdə ki, təhlükəlidir".
İclasda iştirak edənlərdən biri bunun evdə deyil, vətən məsələsi olduğunu söyləyərək etiraz edib. Buna cavab olaraq Paşinyan deyib:
“Evdən çıxarkən özümüzü də təhlükəyə atırıq: qəza baş verə bilər və ya gün vurması ola bilər. Yox, əgər evdə qalırsansa, orada da bir təhlükə var".