İrəvan küçələrində KTMT loqosunun zibil qutuları üzərinə yapışdırıldığını göstərən fotolar yayılıb.
AranNews :bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciət edən Ermənistanda təşkilatın Azərbaycanla sərhəd münaqişəsi zamanı Ermənistanı dəstəkləməməsinə görə ona qarşı narazılıqlar artıb.
Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşiniyan son vaxtlar Azərbaycan Respublikası hərbçilərinin iki ölkə sərhədlərində 3 kilometr irəlilədiklərini iddia etmişdi. Bu iddia qərb dövlətləri və qurumları tərəfindən Azərbaycan Respublikasına qarşı sərt bəyanatların verilməsi ilə nəticələnsə də KTMT ona ciddi reaksiya vermədi.