Abbas Hüseyn Müsəlman Birliyi Hərəkatının İdarə heyətinin üzvü Əbülfəz Bünyadovun doğum günü ilə bağlı məktub ünvanlayıb.
“AranNews :Axıb gedən ömrümüzdə yaxşı və pis hadisələrlə rastlaşırıq. Hər qarşılaşdığımız hadisədə güvənə biləcəyimiz, eyni yolda addım atacaq dürüst, elmli, gözəl fikirli yeni insanlarla tanış oluruq. Onların yaradıcı düşüncələri insanı cəzb edir. Həmin dostlar ən çətin və təhlükəli məqamlarda öz təcrübələri ilə ətrafa işıq saçır, insanları özlərinə valeh edir. Hətta gələcək zaman üçün də gözəl ideyaları ilə ətrafındakıları da hərəkətə gətirir. Mənim tanıdığım və hər kəsin sevdiyi, sevimlisi hacı Əbülfəz Bünyadov da o şəxslərdəndir.
Hacı ilə tanışlığımız ölkədəki hicab qadağası dönəmində baş tutub. Qanunsuz qadağaya etiraz etdiyi üçün o da həbs edilmişdi. 16 saylı cəzaçəkmə müəssisəsində dəyərli ruhani hacı Tale Bağırzadəni ziyarət etdiyim görüşlərin birində hacı Əbülfəzlə də tanış olmaq nəsibimiz oldu. Daha sonra Hacının azadlıqda olduğu zamanlarda Nardaran kəndində açdığı Əli süfrələri barəsində eşitdiklərim, yazıları, “Ölümsüz qəhrəmanlar” adlı əsərini, məqələlərini oxumağım məni bu qənaətə gətirdi ki, bu insanın qəlbinin, üzünün nuru kimi saf və parlaq olduğunu hiss etməmək mümkün deyil.
Maneələrə, çətinlikliklərə rəğmən Nardaran kəndindəki qədim Hacı Baxış məscidinin açılışı üçün göstədiyi əzm, onu tanıyanların qəlbində sevgisini daha da artırdı. Allah evinin bağlı qalmağını istəmədi, insanları günahdan, fəsaddan, pis vərdişlərdən uzaq tutmaq üçün həmin məsciddə proqramlar tərtib etdi. Əqaid, əxlaq dərslərinin tədrisini başlatdı, hər iki dünya xanımı Hz.Zəhranın (ə) adına heyət tərtib etdi. Demək olar ki, respublikanın hər yerindən əzadarlıq məclislərində iştirak edənlər oldu. Xanım Zəhranın (ə) ucalığını, əzəmətini, haqlı olduğunu, məzlumluğunu tanıtdırmaq üçün ssenari əsasında tamaşalar yazdı, səhnələşdirdi.
Nardaran hadisələrindən əvvəl başladılmış qarayaxma kampaniyasında təhdidlərə boyun əyməyərək, haqqın müdafiəsində duran hacı Əbülfəz “haqsızlığa biganə qalmaq zalıma yol açmaqdır” devizi altında evinin qapısını hər kəsin üzünə açdı, çətin imtahanlar qarşısında dik durub sarsılmadı. Ətrafındakı insanlara öz ümidinin böyüklüyü ilə örnək oldu. Həmin təhlükəli məqamlarda sinəsini sipər edərək, demək olar ki, bütün həyatını ortaya qoydu. Bu cür dəyərli insanlar hər zaman sevilir və illər keçsə də unudulmurlar.
Hər kəs çətin imtahanlar zamanı özünü və ailəsini mühafizə edər. Mərd kişilər isə çətinlik zamanı öz yaxınları ilə bərəbər başqalarının da haqqını qorumağı özünə borc bilər, təhdidlərə rəğmən çəkinmədən öz yolunda möhkəm durarlar. Belə insanlar cəmiyyətdə narahatlıq yaradacaq, istənilən bir hadisəyə dərhal reaksiya verərlər. Zərrə qədər şişirtmirəm. Hər kəs əyani surətdə şahiddir ki, hacı Əbülfəz o şəxslərdən biridir: bəla və çətinliklər zamanı düzgün istiqamətdə dayanıb doğru yoldan tərpənməyən, möhkəm dağ kimi. Hacı Əbülfəzi kim tanıyıbsa və yaxud kim tanısa, ona yoldaş olsa Allaha nə qədər şükür etsə, azdır.
Hacı ilə həbsxana xəstəxanasında görüşümüz Allahın mənə bir lütfü olmuşdu. Həmin xəstəxananın sayılı günlərində təkcə mənə deyil, işçi və nəzarətçisindən, məhkumuna qədər hər kəsin sevdiyi, hörmət etdiyi, lazımi məsələlərdə məsləhət aldığı, dərdini bölüşdüyü bir kəs idi. Hətta orda belə öz inam və inancını itirmədən, hamıya ümid dolu düşüncələr aşılayırdı. Elə xəstəxana palatasında da cəmiyyətə xeyir vermək üçün yaradıcılıqla məşğul olur, gələcək planlar qururdu.
Hacı can, mövludunu səmimi qəlblə təbrik edirəm. Həyatda büyük arzu və dualarının reallaşmağını diləyirəm. Həyatının bundan sonrasında da uğurların bol sun. Allahın şəfası və nəzəri səndə əskik olmasın.
Hömətlə, məzlum bəndə sizin Abbas.
31.05.2021″.