Qarabağ məğlubiyyəti, daha doğrusu Azərbaycannın öz torpaqlarını Ermənistanın işğalıdan qurtarması işğalçını reallıqları danışmağa sövq edir. Günümüzə qədər Ermənistan tərəfi “dənizdən dənizə Böyük Ermənistan” iddiası ilə yaşayırdı.
Arannews :Bu iddianın hədəfində tək Azərbaycan və Türkiyə deyil, həm də digər qonşu dövlətlərin ərazilərinin ələ keçirilməsi nəzərdə tutulurdu.
Ermənistanın "qonşu dövlət ərazisinin əldə edilməsinin standart düsturu"nun fiaskosu
Azərbaycan ərazilərinin - İrəvan, Göyçə və Zəngəzurun ələ keçirməsini, həm də Qarabağ və 7 ətraf rayonun işğal altında saxlamasına aid fəaliyyətlərini analiz edərək, deyə bilərik ki, Ermənistan "qonşu dövlət ərazisinin əldə edilməsinin standart düsturu"nu hazırlamağa çalışır. Əvvəlcədən hazırlanan fəaliyyət planın bir hissəsi olaraq, münaqişə ocaqları yaratmaq üzrə ssenarilər və perspektiv planda bu əraziləri "qədim erməni məskəni" kimi təqdim etməkdə böyük təcrübəyə malik "dənizdən-dənizə Böyük Ermənistan"ın milli ideoloqları Qarabağ və Naxçıvan da daxil olmaqla bütün Azərbaycan Respublikası ərazisinin işğal etməyə çalışırdılar.
Bu kimi məsələlərdə hakimiyyətdə olan dörd Ermənistan dövlət başçısının da rolu az olmayıb.
Amma müharibədən sonra verdikləri müsahibələrdə görünür ki, hakimiyyətləri dövründəkindən tam fərqli danışırlar, bir sözlə, Qarabağ reallıqları onları çaşdırıb.
Müharibədə Ermənistanın məğlubiyyətinin səbəblərini tapmağa çalışan hakimiyyət rəhbərləri təqsiri biri-birilərinin üzərinə atmağa çalışırlar.
Ermənistandakı dörd hakimiyyət dövründə Qarabağ məsələsini Modern.az-a şərh edən politoloq Elman Vəliyev qeyd edir ki, Ter-Petrosyan münaqişə dönəmində Azərbaycanla kompromisə getməyin tərəfdarı idi, amma təzyiqlər buna imkan vermədi:
Petrosyan Azərbaycanla kompromis tərəfdarı idi, amma təzyiqlər ona imkan vermədi
Petrosyan deyir ki, Azərbaycan tərəfi zamanı düzgün qiymətləndirə bildi. İqtisadiyyatını və ordusunu gücləndirdi. Petrosyan Lissabon sammitini, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun təkliflərini uğursuz olduğunu qeyd edir. “Mərhəlli həll” prosesindən danışan Petrosyan buna razı olduğunu bildirib. Deyir ki, buna razı olsaydıq, indi bu vəziyyətdə olmazdıq. Bu həldə bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir, Laçın dəhlizi 22 km olmaqla Ermənistana verilirdi. Bununla razılaşa bilməzdik və razılaşmadıq da.
Petrosyanın iddiasına görə, Lissabon sammitində qəbul olunan qərara təkcə biz etiraz etdik. 1996-cı ildə keçirlən bu sammitdəki qərara əsasən Azərbaycanın ərazi bütövlüyü tanınır və Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət qazanırdı. 50-dən çox dövlət bunla razılaşdı. Bunların razılaşmaya getməsinə “Əsrin müqaviləsi”nin də təsiri böyükdür. 1994-cü ildə imzalanan bu müqavilə ilə Azərbaycanla münasibətlər yumşalmağa başladı. 8 dövlətin (Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Yaponiya, Norveç, Səudiyya Ərəbistanı) imzaladığı bu müqavilə Azərbaycanın inkişafında kuliminasiya nöqtəsi oldu. Amma Fransanın burdan pay ala bilməməsi erməniyə havadar durmasına təkan verən səbəblərindən biri oldu.
Petrosyan “Böyük Ermənistan” xəyallarından əl çəkməyin lvacib olduğunu bildirib və Qarabağ münaqişəsində Türkiyənin rolundan da danışıb. Deyir ki, Türkiyə Ermənistanla münasibətləri mülayim bir sferada aparmağın tərəfdarı idi. Qarabağ müharibəsi başlayana kimi Türkiyə ilə Ermənistan sərhədləri açıq idi(1993-ə kimi). O zaman Baş Nazir olan Süleyman Dəmirəlin Ermənistana 67 min ton buğda yardım etdiyi də bildirilir. Hətta prezident Əbülfəz Əliyev də müsahibələrin birində Türkiyədən helikopter istədiyini, amma Türkiyənin vermədiyini bildirmişdi. Türkiyə 1990-cı illərdə çətin bir vəziyyətdə idi. Daxili qarşıdurmalar, xarici təzyiqlər, iqtisadi problemlər qara bulud kimi başının üstün almışdı. Ermənilərə havadar duran dövlətlər Türkiyəni Ermənistanla münasibətləri pozmamağa təhrik edirdilər. Bunda əsas pay ABŞ-a məxsusdur. Türkiyənin bir NATO ölkəsi olduğunu, ABŞ-a bir xeyli borcu olduğunu, ABŞ-a məxsus 16 hərbi bazanın ərazisində yerləşdiyini nəzərə alsaq Türkiyənin yanlış bir siyasi addımla böyük təhlükə ilə üzləşəcəyini düşünə bilərik. Siyasi baxımdan Azərbaycana yardımı özü üçün böyük təhlükə idi. Amma 44 günlük müharibədə Türkiyə öz yardımlarını əsirgəmədi. Bu müharibədə nə 90-cı illərdəki Türkiyə, nə də Azərbaycan var idi. Burada artıq supergüc olmaq yolunda addımlayan Türkiyə və inkişaf etməkdə olan Azərbaycan var idi.
Ermənistanın iflasında Köçəryanın da payı var
Politoloq deyir ki, Ermənistanın ikinci prezidenti olan Robert Köçəryanın da məğlubiyyətdə payı var.
Köçəryan Rusiyapərəst adamdı və müsahibədə də çıxış yolunu Rusiya vasitəsilə olacağını deyir. Amma Ermənistan xalqı anlayır ki, bu da çıxış yolu deyil, Rusiya Ermənistana vassal kimi baxır. Köçəryanın dövründə münaqişənin həlli üçün “Madrid prinsipləri” irəli sürülmüşdü. Prinsipə əsasən Ermənistan qüvvələri mərhələli şəkildə çıxmalı, Dağlıq Qarabağ ətrafı Azərbaycana verilməli, Laçın dəhlizi ermənilərin Dağlıq Qarabağla əlaqəsini təmin eməli, sülhməramlılar yerləşdirilməli (bu, Rusiyanın 90-cı illərdəki təklifi idi və bunu reallaşdırmaq üçün bir çox siyasi manevrlər işlətdi və niyyətinə çatdı. Yəni sülhməramlı qismində başqasının yer almamasına çalışırdı) və əsas maddə isə Dağlıq Qarabağın statusu referendum əsasında müəyyən edilməliydi. Amma bu dəfə Azərbaycan tərəfi buna razı olmadı. Çünki referendum keçirilsə, Ermənistan tərəfi qalib gələcək və statusu müəyyən edəcəkdilər. Azərbaycan tərəfi Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə razılaşacağını bildirdi, amma buna da Köçəryan hakimiyyəti razı olmadı.
Qarabağ klanından olan Sarksiyan Ermənistanı məğlubiyyətə düçar edənlərdəndir
3-cü prezident olan Serj Sarkisyan da eyni səpkini davam etdirdi. O da müsahibə verərək özünü təmizə çıxartmaq məqsədi ilə bildirir ki, güya, bunun dövründə belə çətin sitüasiya olmamışdı. Günahkar Nikol Paşinyandı. Qarabağ klanından olan Sarksiyan Ermənistanı məğlubiyyətə düçar edənlərdəndir. Sülh yolu ilə ərazilərin geri qaytarılmasını təklif edəndə qəbul etməmişdi. Sarksiyan şərt qoyaraq kompramisə gedə biləcəyini bildirmişdi. Əgər Azərbaycan Prezidenti Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağın Ermənistanla quru sərhədi olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ camaatının təhlükəsizliyini təmin edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür. Lakin Azərbaycan tərəfi buna razı olmadığını bildirdi. Çünki razı olsaydı, Dağlıq Qarabağ əldən çıxa bilərdi. Sarkisyanın dövründə “yenilənmiş Madrid prinsipləri” qəbul olunmuşdu. Əvvəlki prinsiplə bunun az fərqi var idi. Əvvəlkində Ermənistan silahlı qüvvələrininin Azərbaycanın işğal olunmuş ərazilərdən mərhələli çıxarılması lazım idisə, təzələnmiş də mərhələli anlayış yox idi. Digər yandan köhnədə Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə təyin edilməsi göstərilirdisə, təzələnmişdə “yekun status” ifadəsinin yerini iradənin hüquqi yolla ifadə edilməsi əvəzləmişdi. Yəni Dağlıq Qarabağın əhalisinin iradəsindən asılıdır. Onlar statusu müəyyən edərsə, bu da hüquq çərçivəsində düzgün bir foma olaraq yerinə yetirilməlidir.
Göründüyü kimi, Ermənistanı uçurumun kənarına gətirən 4 rəhbərin hamısının günahı var. Lakin bunların içərisində Ermənistan xalqı üçün ən alternativi Paşinyandır:
Paşinyan – Ermənistanın alternativi
Gördülər ki, ölkə çətin vəziyyətdə, məhvə doğru gedir, xalq günahkarı axtarır media qarşısına keçib özlərini təmizə çıxartmağa çalışırlar. Lakin buna baxmayaraq ölkənin xilası əvəzinə yenidən hakimiyyət uğrunda çəkişmələr edirlər. Qalib gəlmək üçün günahı biri-birlərinin üzərinə atırlar. Petrosyanla Paşinyan çıxış yolunu kompromisə getmədə, şərtləri qəbul etməkdə, Türkiyə ilə münasibətləri yumşaltmaqda görür. Sadəcə Paşinyan onu ittiham edənlərin ucbatından seçkini uduzmaqdan qorxur. Cəbhədə təxribatlar törədərək, ölkə daxilində ixtişaşlar yaradaraq Paşinyanın legitimliyini aşağı salmağa səy göstərirlər. Bu işdə Qarabağ klanın rolu böyükdür. Amma Paşinyan yenidən qalib gəlsə, Zəngəzur dəhlizinin açılmasını, hətta Türkiyə ilə sərhəd probleminin müzakirələrini dilə gətirəcək. Müharibədən sonrakı vəziyyət bizə mərhələli həldəki, “Madrid prinsipləri”ndəki formatı xatırladır. Amma fərqli məqamlar var. İlk qeyd edək ki, bu proselərdə Rusiya və Türkiyədən başqa dövlətlər yer ala bilmədi.