Tarix : 2008 Jul 28
Kod 6133

Əhmədinejad bu gecə Amerika xalqı ilə danışacaq

Cənab Mahmud Əhmədinejad bu gecə 28 iyul Amerikanın NBC telekanalına müsahibə verəcək
Iran Servisi/Aran Agentliyi

Mahmud Əhmədinejad Amerikanın ekran informasiya vasitələri ilə 7-ci müsahibəsində, Amerika xalqı ilə danışacaq. Müxbirimizin verdiyi məlumata əsasən, İran İslam Respublikası prezident aparatı mətbuat idarəsinin baş müdiri Qəməri Vəfa deyib: Cənab Mahmud Əhmədinejad bu gecə 28 iyul Amerikanın NBC telekanalına müsahibə verəcək.
Bundan öncədə, Frans Press "NBC"-yə istinadən bildirmişdi ki, İran İslam Respublikası prezidentinin bu telekanalla müsahibəsi Tehranda və "NBC Nightly News" proqramının məşhur aparıcısı Brayan Uilyams icrası ilə olacaqdır.

  • Yazılıb
  • da (də) 2008 Jul 28