İmam Xomeyninin(r.ə) vəfatının ildönümü günü münasibətilə Naxçıvan Muxtar Respublikasında «Həzrət İmam Xomeyninin şəxsiyyətinin cəhətlərinin araşdırılması» adı altında bir video-konfrans keçirilib.
Arannews :Konfransda İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Seyyed Əhməd Hoseyni deyib ki, iki Şərq və Qərb təfəkkürü sosiologiyanın bütün rəy və təfəkkürünü kənara qoymuşdu və İmam özünün xilasedici rolu ilə dini anlamlara söykənərək, bütün qarşıdurmalara son qoydu.
Vəliyye Fəqihin İranın Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi höccətulislam vəlmuslimin Ale Haşem də deyibdir ki, Allahın yolu və xalqa söykənmə, İmam Xomeyni(r.ə.) hərəkatının əsasıdır.
İranın Naxçıvandakı konsulluğunun mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilən bu mərasimdə Türkiyə, Niderland, İran və Naxçıvandan olan mütəfəkkirlər iştirak ediblər.