Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.
Arannews :Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Trend-ə bildirib ki, hazırda sərhəddə vəziyyət sakitdir: ” Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”.