Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları köçkünlər və çoxuşaqlı ailələr üçün ünvanlı humanitar yardımların çatdırılmasını təşkil etdilər.
AranNews :Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, humanitar aksiya zamanı Rusiya sülhməramlıları məcburi köçkünlərə və çoxuşaqlı ailələrə mətbəx əşyaları və qida məhsulları veriblər:
"Ümumilikdə, 150-dən çox ailə bu həftə rus sülhməramlılarından ünvanlı humanitar yardım aldı. Humanitar yardım mərkəzinin əməkdaşları ünvanlı yardım göstərməyə fərdi yanaşırlar. Sakinlərə əsas ehtiyaclar - uşaqlar və böyüklər üçün paltar və ayaqqabılar, yuyucu tozlar, yemək bişirmək üçün qaz piltələri, mətbəx qabları, yemək, yataq dəstləri, yastıqlar, yorğanlar, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, habelə fərdi tibbi vasitələr verilir".