Arannews -Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Marneoli şəhərində Gürcüstan, İran, Rusiya və Türkiyədən olan siyasi, ictimai, dini xadimlərin və media nümayəndələrinin iştirakı ilə, 12 günlük müharibədəki Fələstin müqavimətinin zəfəri və İmam Xomeyninin(r.ə) vəfatının ildönümü münasibətilə “Qüds- səmavi dinlərinin ortaq irsi” adlı seminar keçirilmişdir.
Gürcüstanın dini qurumları tərəfindən təşkil edilən və bu ölkənin Əhli-beyt icmasının ev sahibliyi etdiyi bu seminarda Əhli-beyt icmasının başçısı Hacı Rasim Məhəmmədov, İranın Gürcüstandakı səfiri Əkbər Qasimi, Gürcüstan parlamentinin üzvü Targil Nakalidze, Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Dr. Yusifzadə, “İman” müəssisəsinin rəhbəri Hacı Namiq Hüseynov, Dağıstanın imamcüməsi Hacı Abdar İbrahimov və Türkiyə Ruhanilər Birliyinin katibi Kadir Akaraz çıxış etmişlər.
Proqramın sonunda gürcü dilinə tərcümə edilmiş İmam Xomeyninin şeirlərindən ibarət bir kitabın açılışı olmuşdur. Seminar bəyanatın oxunması və sionist rejimin cinayətlərinin kəskin şəkildə pislənməsi və məzlum Fələstin xalqına və müqavimətə hərtərəfli dəstək verilməsi ilə başa çatmışdır.