Rusiya və İran qrup halında səfər edəcək turistlərin fərdi vizalarının ləğv edilməsi haqda razılaşma imzalayacaqlar
Arannews :bu xəbəri Moskvada çıxan «Gazeta.ru» qəzetinin vebsaytı yayıb.
Bu məlumata görə, qeyd olunan məsələ barədə, İranın Rusiyadakı səfiri Kazem Cəlali öz Facebook səhifəsində məlumat verib.
«Bu gün qrup halında səfər edəcək turistlərin fərdi vizalarının ləğv edilməsi haqda razılaşma imzalamaq üçün İranın turizm, mədəni irs və əl işləri sənayesi naziri Əli Əsğər Munesan Moskvaya səfər edəcək»- deyə Kazem Cəlali yazıb.
Diplomatın sözlərinə görə, müqavilənin imzalanmasından sonra hər iki ölkədən olan turistlər akkreditə olunmuş şirkətlər vasitəsilə İrana və Rusiyaya səyahət edə biləcəklər.
Bu zaman, viza bütün qrupa veriləcək. Cəlali vurğulayıb ki, turizm İran-Rusiya münasibətlərinin inkişafına etibarlı zəmanətdir.
Mayın 25-də Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlarına qarşı viza siyasətlərindən asılı olmayaraq, bütün dövlətlərin vətəndaşları üçün yarımillik turizm vizalarının verilməsinə icazə verən qanun imzalayıb.