Azərbaycanlı hüquqşünas Kəlbəcərdə “Kamaz” markalı sərnişin avtobusunun minaya düşməsi nəticəsində həlak olan jurnalistlərlə bağlı birbaşa Rusiyanı günahkar sayır.
Arannews :Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, 10 noyabr bəyanatından sonra ermənilərə o torpaqlardan şəxsi əşyalarını götürüb getmək üçün vaxt verildi: “Əvəzində isə ermənilər həm Ağdamda, həm də Kəlbəcərdə minlərlə mina döşəyib getdilər. Bu şəraiti onlara kim yaratdı? 10 noyabr bəyanatının dərhal ardından Qarabağa yerləşən Rusiya sülhməramlıları.
Hüquqşünas sonra deyib: "Necə oldu ki, alban kilsəsini qorumaq üçün göbələk kimi bitən sülhməramlılar o qədər mina döşənməsinə göz yumdu, onun qarşısını almadı? Məgər sabit praktika deyil ki, sülhməramlılar silahsızlandırma, minalardan təmizləmə işini həyata keçirir? Bəs Kəlbəcərdə, Ağdamda niyə imkan verdilər bu qədər mina döşənməsinə?”