Qafqaz Müsəlmanları İdarəsinin məscidlərin iyun ayının 10-da açılacağı və ibadət edən insanların 50 nəfərdən artıq olmamaq şərti ilə məscidlərə buraxılacağını elan etməsi etirazla qarşılanıb.
Arannews :Bir çox ilahiyyatçı, ictimai xadim və fəal Qafqaz Müsəlmanları İdarəsinin bu qərarının yanlış olduğunu bildirən açıqlamalar veriblər.
Bundan əlavə Müsəlman Birliyi Hərəkatı da sözügedən qərarı pisləyib.
Sosial şəbəkə istifadəçiləri də Qafqaz Müsəlmanları İdarəsinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın məscidlər ilə bağlı qərarına etiraz edirlər.