İkinci Qarabağ müharibəsinin ilk günlərində Murovda itkin düşən MAXE (Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu) Məsimov Əkbər Yunis oğlunun nəşi tapılıb.
AranNews -Vetenugruda.az-ın verdiyi xəbərə görə, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olan Şəhidimiz bu gün doğma yurdunda dəfn edilib.
Əkbər Məsimov Azərbaycan Ordusunda 4 il müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. O, ötən il mayın 10-da nişanlanıb. Oktyabrın 5-də toy etməyə hazırlaşırmış. Sonuncu dəfə sentyabrın 27-də ailə üzvləri ilə əlaqə saxlayıb, döyüşə yollandığını bildirib. Həmin gündən sonra ailə üzvləri onunla əlaqə saxlaya bilməyiblər..
Qeyd edək ki, hazırda 10 hərbiçimizin taleyi bəlli deyil, onlar itkin kimi axtarışdadır.