Rusiya, Fransa və Almaniya xarici işlər nazirlərinin bir sıra beynəlxalq problemlərlə bağlı üçtərəfli telefon söhbəti olub.
AranN: bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Müzakirə olunan mövzular arasında Ermənistan-Azərbaycan sərhəddində vəziyyət, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsinin gedişi də olub.
Məlumatda qeyd olunur ki, atəşkəs rejiminə ciddi əməl olunmasının və ortaya çıxan fikir ayrılıqlarının siyasi-diplomatik həllinin vacibliyi vurğulanıb. Nazirlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun rolunu təsdiqləyiblər. Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların məsələyə qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür.
Azərbaycan dövləti və ictimaiyyəti Minsk Qrupunun fəaliyyətinə ikrahla yanaşır, onun buraxılmasını tələb edirlər.