DEVAMM sədri Azərbaycan Respublikası xalqının «Məscidlərə qarşı ayrı-seçkiliklə müxalifətin bildirilməsi» hərəkatında fəal iştirakına görə təşəkkür edib.
Arannews :Azərbaycan Respublikası «Cümə» dini icmasının rəhbəri bu ölkənin xalqının, xüsusən dindarlarının qeyd olunan hərəkatdakı iştirakını yüksək dəyərləndirib.
Hacı İlqar İbrahimoğlu bir videoda vurğulayıb ki, Azərbaycan Respublikasının iman əhli və möminləri olduqca fəal və sayıqcasına şəkildə «Məscidlərə qarşı ayrı-seçkiliklə müxalifətin bildirilməsi» haştaqında iştirak ediblər və ümumi fikir üzərindəki təsirinin daha da artması üçün bu hərəkatın, emosiyalardan uzaq və tamamilə aqilanə şəkildə davam etməsi zəruridir.
«Cümə» dini icmasının rəhbəri sonra deyib ki, keçmişdə, korona ilə mübarizə və karantin qaydalarının tətbiq edilməsində məscidlərə qarşı ayrı-seçkilik barədə hətta dini camiədə fikir birliyi yox idi. Və hətta Qafqaz Müsəlmanları İdarəsinin məsul şəxsləri də nazirlər kabineti yanında operativ qərargahın məscidlər əleyhinə ayrı-seçkilik qərarlarını əsaslandırırdılar, amma bu gün Qafqaz Müsəlmanları İdarəsinin məsul şəxsləri də bu qərarları əsaslandırmaqdan çəkinir və aşkar şəkildə bildirirlər ki, həmin qərarlar nazirlər kabineti yanında operativ qərargaha aiddir və Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə məsuliyyət daşımır.