Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edəcə
Arannews -Modern.az-ın xəbərinə görə, o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bugünkü qrup iclasında belə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyini vurğulayan R.T.Ərdoğan səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini bildirib.
“Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”.
Qeyd edək ki, qardaş ölkənin Prezidenti iyunun 16-da Türkiyə milli komandasının Bakıda AVRO-2020 çərçivəsində Uelsə qarşı keçirəcəyi oyunu İlham Əliyevlə birgə izləyəcək.