Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsinə daxil olan erməni kəşfiyyat-diversiya qrupu əraziləri minalamağa cəhd edib.
Arannews :Azərbaycan Müdafiə Nazirliyi bu haqda bəyanat yayaraq bildirib ki, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan ərazisinə daxil olub. Lakin Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri isə geri çəkilərək ərazini tərk edib.
Nazirlik qeyd edib ki, ilkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərin minalanması olub.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.