Tarix : 2021 Jun 11
Kod 61362

"Möminin niyyəti əməlindən daha üstündür" hədisinə əsasən,

Biz ümid edirik ki, aidiyyatı orqanlar tezliklə bu xətadan dönəcək, elan olunan məhdudiyyətlərin gülünc olduğunu anlayacaqlar. Biz bunu gözləyirik və tələb edirik.
BƏYANAT:
Allahın adı ilə!
İlk öncə xatırlatmaq istəyirəm ki, pandemiya başlayan ilk günlərdən, bu problemin ciddiyə alınması, qəbul olunmuş qəraralara riayət olunmasının tərəfdarı olmuş və bunu təbliğ etmişəm. İndi də hesab edirəm ki, digər bütün ölkələrdə olduğu kimi, bu mərhələlər keçilməli, xəstəliklə tanış olmaq, onunla mübarizədə təcrübə qazanmaq, zəruri maddi texniki təminat ücün məhdudiyyətlər qaçılmaz idi. 
Artıq bir kütləvi xəstəliyin qarşısı alınması üçün çatılacaq ən son mərhələyə, vaksinasiya mərhələsinə qədəm qoymuşuq.
Belə bir mərhələdə sərt karatntin rejiminin tədricən də olsa yumşaldılması labüddür. Necəki, bir qədər gec də olsa, bu, artıq baş verməkdədir. 
Yumşaldılmalarla bağlı verilən qərarların içində məscidlər və ibadət ocaqlarına yanaşma fərqliliyi bizdə ciddi narahatıq yaradıb. Tamamilə, absurd, ziddiyət dolu bu qərarın qərəzli olmadığına inanmaq çox çətindir. 
Biz ümid edirik ki, aidiyyatı orqanlar tezliklə bu xətadan dönəcək, elan olunan məhdudiyyətlərin gülünc olduğunu anlayacaqlar. Biz bunu gözləyirik və tələb edirik. 
Qərarın ən narahatedici hissəsi 14 yaşinadək uşaqların məscidlərə gəlməsinə qoyulan qadağadır. Bu barədə narahatlığımız daha dərin, sübhələrimiz daha əsaslıdır. Çünki, son illərdə ilk dəfə deyil ki, bu fikir fərqli bəhanələrlə gündəmə gətirilir. 
İlahi vəzifə olaraq və tarixi məsuliyyətimizi nəzərə alaraq bildirmək istəyirəm ki, bu yanaşma açıq aşkar islamafobiya və Allahın dininə, kitabına qarşı çıxmaqdır. 
Əslində bu, həmdə Allah evlərinin təhqir olunmasıdır. Çünki, adətən yaş məhdudiyyəti əxlaqsızlıq, şiddət içərən yerlərə, mövzulara aid edilir. 
Övladlarının erkən yaşdan tərbiyəsi, onların mənəvi mühitdən qidalanmasını təmin etmək valideynin ən təməl hüqüqu olmaqla yanaşı, Quranın birbaşa hökmüdür. Heç kəsin buna qarşı çıxmağa səlahiyyəti yoxdur. 
Əziz möminlərə "nə etmək lazimdır" sualının cavabında bildirmək istəyirəm ki, hazırki şəraitdə vəzifəmiz çox aydındır. Xaliqin hökmü qarşısında heç bir məxluqun hökmü keçərli deyil. Məscidlərə getmək, həmçinin müəyyən günlərdə övladlarımızı mənəvi mühitlərə aparmaq şəri vacib və fərzdir. Əlbəttə, təkidlə qeyd etməliyəm ki, məntiqli protokol qaydalara, şəxsi gigiyenaya, sivil və əxlaqi normalara riayət etmək, ictimai asayişi pozmamaq, heçkimlə mübahisə etməmək vacib şərtdir. 
"Möminin niyyəti əməlindən daha üstündür" hədisinə əsasən, Allah evlərinə üz tutmağımız, orada ibadət etmək müyəssər olmasa belə, xeyirli və dəyərlidir. Bu, bizim üçün daha fəzilətli, övladlarımız üçün daha tərbiyəvi olacaqdır. 
Mətləb Baqir. 
07.06.2021
  • Yazılıb
  • da (də) 2021 Jun 11
  • Göndərən جهان کمالی