Tezliklə Azərbaycan Respublikasının cənub bölgələrinə amerikalı turistlər axışacaqlar
Azerbaijan Servisi/Aran Agentliyi
Yaxın gələcəkdə Yankilər Azərbaycan Respublikasının cənub bölgələrinə əyləncə və eyş-işrət üçün səfər edəcəklər. Bakıdakı müxbirimizin Azərbaycan mətbuatına istinadən verdiyi məlumata əsasən, Amerikanın Bakıdakı səfiri xanım Ann Dersi Azərbaycan Respublikasının cənub bölgələrinə səfəri çərçivəsində deyib: Tezliklə Azərbaycan Respublikasının cənub bölgələrinə amerikalı turistlər axışacaqlar.
Bu məlumata əsasən, xanım Ann Dersi bir günlük səfəri çərçivəsində Masallı, Lerik və Astara rayonlarında Amerika maddi himayədarlığı ilə yerinə yetirilməkdə olan bir neçə tikinti və xidmət layihələri, bərpa etmə, yollarda işıqların çəkilməsi və suvarma kanalının çəkilməsini nəzərdən keçiribdir.
Bu elə bir haldadır ki, Azərbaycan Respublikası cənub bölgələrinin əsasən, bu müsəlman ölkənin zəhmətkeş və dindar təbəqələrindən olan əhalisinin bu bölgədə Amerikanın sirli fəaliyyətlərini genişləndirilməsinə kəskin şəkildə etiraz edəcəyi gözlənilir.
Habelə Amerikanın pozğun mədəniyyətinin adı çəkilmiş bu bölgənin müsəlman xalqının mədəniyyəti ilə uyğunlaşmamağı, Azərbaycan Respublikasının cənub bölgələrində amerikalı turistlərin olmaqlarının nəticələrindən nigarançılıqlar kəskinləşmişdir.