Tarix : 2021 Jun 17
Kod 61380

Həbsdə olan jurnalistin müayinəsi ailəsini qane etmir

Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində jurnalist Polad Aslanovu Ulrasəs və ürəyini Exo kardioqramma müayinəsi ediblər, onun sağlamlığının normal odluğunu bildiriblər. Həkimlərin bu rəsi Aslanovun ailəsini qane etməyib.

Arannews :Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində jurnalist Polad Aslanovu Ulrasəs və ürəyini Exo kardioqramma müayinəsi ediblər, onun sağlamlığının normal odluğunu bildiriblər. Həkimlərin bu rəsi Aslanovun ailəsini qane etməyib.
Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib ki, Polad Aslanov həkimlərdən Ultrasəs və Exo müayinəsinin, qan analizlərinin cavablarını tələb edib.
“Bu zaman həkimlər bildirib ki, kağızımız qurtarıb. Ona görə ancaq müayinə edə bilirlər, sənəd verə bilməzlər,” Gülmirə Aslanova qeyd edib

O, həkimlərin dediklərini şübhə altına alıb.

“Beləliklə, 1 saylı Cəza Çəkmə Müəssisəsində "möcüzə" baş verib. Ürək-damar xəstəsi olan həyat yoldaşım heç bir tibbi yardım almadığı halda möcüzə nəticəsində "tam sağalıb," Aslanova ironiya ilə bildirib.
Gülmirə Aslanova Pentensiar Xidmətin rəhbərliyinə müraciət edərək həyat yoldaşının şəxsi hesabına Bakı şəhərində yerləşən ailələsinin seçdiyi klinikaların birində müayinə edilməsinə şərait yaradılmasını istəyib.
2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.
Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.
Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2021 Jun 17
  • Göndərən جهان کمالی