Rəhman və Rəhim Allahın adı ilə. İslam İnqilabının Ali və əziz Rəhbərinin mübarək və şərif hüzuruna salam və ehtiramımızı bildiririk.
Arannews :Ali Rəhbər:
Əleykumussəlam və rəhmətullah.
Müxbir: Alicənab Rəhbərin sübhü xeyir-bərəkətli, sağ-salamat olsun İnşaallah. İcazə istəyirəm ki, İmam Əli bin Musa Rizanın (ə) mövlud ildönümü münasibəti ilə alicənab Rəhbər və böyük İran xalqını öncədən təbrik edim. Cənab Rəhbər! Əziz həmvətənlərimizin bir çoxu hazırda milli radio və televiziya şəbəkələri, məcazi fəzada ictimai şəbəkələr vasitəsilə sizi seçki qutusunun kənarında görür, səsinizi dinləyirlər. Səsvermənin ilk dəqiqələrində seçki qutusuna rəy salmaq cənab Rəhbərin həmişəki qaydalarındandır. Şəhər və qəsəbə İslam Şuralarına 6-cı seçkilər, 5-ci Xibrə Məclisi və 11-ci İslam Şura Məclisi dövründə 13-cü prezident seçkilərinə səsvermənin başlanğıc dəqiqələrində xahiş edirik ki, şərif İran xalqına tövsiyələriniz varsa, buyurun.
Ali Rəhbər: Bismillahir-Rəhmanir-Rəhim. Vəlhəmdu lillahi rəbbil-aləmin vəssəlatu vəssəlamu əla Muhəmmədin və alihit-tahirin. Seçki günü İran xalqının günüdür. Bu gün meydan sahibi, səhnəni idarə edən əsas qüvvə xalqdır. Seçki məntəqələrində səs verməklə qarşıdakı illər üçün ölkənin ümumi və əsas taleyini təyin edən xalqdır. Bu gün xalqa məxsusdur. Seçki məntəqəsinə müraciətdən başlamış səs verməyə qədər İran xalqının bu gün axşama qədər gördüyü hər iş onun bir neçə illik gələcəyini quracaq, taleyini müəyyənləşdirəcək. Məhz bu dəlilə əsasən, ağıl, düşüncə hökm edir ki, bu böyük milli və ümumölkə sınağında hamı iştirak etsin. Biz davamlı şəkildə xalqı seçkilərə qatılmağa çağırırıq və bunun ilk təsiri, nəticəsi xalqın özünə aiddir. Əlbəttə ki, xalqın aktivliyi ilə məmləkət, İslam Respublikası da beynəlxalq səhnədə böyük imtiyaz qazanır. Amma səsvermədən ilk faydalanan xalq özüdür. Seçkiyə gəlin, aydınlaşdırın, seçin, səs verin. Bunun ölkənin gələcəyi, birbəbir hər insan üçün əhəmiyyəti var.
Bir səsin də əhəmiyyəti var. Heç kim deməsin mənim bir səsimlə nə baş verəcək ki! Bir səs də əhəmiyyətlidir. Xalqın milyonluq səsini təşkil edən o bir səslərdir. Əqidəmə görə ilahi niyyətlə gəlin, savab qazanın, bu işi görün.
Tövsiyəm budur ki, bu mühüm və zəruri işi bacardıqca tez həyata keçirin. Həmişə bunu tapşırmışam. İndi başlanğıcdır. Seçkinin başa çatmasına xeyli vaxt qalır. Amma bu vəzifəni nə qədər tez yerinə yetirsəniz bir o qədər yaxşıdır. İnşaallah ümid edirəm ki, Allah-Taala səsinizə bərəkət verəcək, öz səsinizlə ölkəniz, xalqınız, hər nəfər üçün gözəl gələcək quracaqsınız. Bu günlər Əli bin Musa Rizaya (ə) aid günlərdir, ümid edirik ki, onun bərəkəti ilə bu gün İran xalqı üçün bayram olsun və olacaq da. İnşaallah Allahın tövfiqi ilə belə olacaq, xalq bu seçkilərdən xeyir görəcək. Bütün təşkilatçılara, zəhmət çəkənlərə təşəkkür edirəm. Təkid edirəm ki, bütün ölkə ərazisində iş tam diqqətlə, möhkəm həyata keçsin. Siz müxbirlər və fotoqrafları da salamlayır, yorulmayasınız, Allah qüvvət versin deyirəm.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatu.