Tarix : 2021 Jun 18
Kod 61385

Həm zühuru gözləmək, həm fəhşanı istəmək?

İmam Məhdi ə.s ın fərəcini gözləmək, həm də fəhşanı istəmək bu artıq ziddiyyətdir. Bugün insanlar zülmdən cana gəlsələr də ədalətin nə olduğunu hələ də başa düşməyiblər.
Arannews : Bağışlayan və Mehriban Allahın adı ilə
İmam Məhdi ə.s ın fərəcini gözləmək, həm də fəhşanı istəmək bu artıq ziddiyyətdir. Bugün insanlar zülmdən cana gəlsələr də ədalətin nə olduğunu hələ də başa düşməyiblər. Düzdür insanlar haqsızlıq deyib dad edirlər, amma bu qədər zülmlərə dözməklərinə baxmayaraq ədaləti də itiriblər. Bunun da səbəbi günahlar və təqvanı əldən vermələridir. Quran buyurur: 
“Ədalətli olun ki, bu təqvaya daha yaxındır” (“Maidə” surəsi, ayə 6). 
Fərəc intizarı düşüncə və ruhiyyəsinin yaranma səbəblərindən biri də əxlaqsız, ədalətsiz cəmiyyətdə mövcud vəziyyətə etiraz etməkdir. Haqsızlığa, pozğunluğa razı olan şəxs necə əxlaq və ədalət intizarında ola bilər?  İmam zühür edəndə zülm aradan gedəcək, ədalət isə bərqərar olacaq. Bir tərəfdən imam Məhdi (ə)-ın fərəcini gözləmək digər tərəfdən isə fəhşanı istəmək ziddiyyətdir. Bu həzrətin yolunu gözləyən yolu təmizləyər, günahı, əxalqsızlığı, fəsadı sevməz. Onun yolunu gözləyən zülmə haqsızlığa göz yummaz. Əksinə cahilliyi aradan qaldırmağa çalışar. Bilməliyik ki, əxlaqsızlığa və zülmə tabe olmaq cahillikdir. 
Bugün xilaskarın yolunu dildə gözləyənlər o gələn zaman Bəni İsrailin həzrəti Musaya (ə) dediyi sözləri ona deyəcəklər.
“Get Allahın ilə sən bir yerdə vuruş, əgər qalib gəlsəz biz də gəlib sizə qoşularıq” (“Maidə” surəsi, ayə 24). 
Deyirlər ki, qeyb zamanındakı əməllər, zühur və zuhur zamananındakı əməllərdən daha üstündür. Ayətullah Behcət buyurur: “Bizim mömin bacı və qardaşlarımız zalımların əlində olduğu halda, oturub buna kənardan tamaşa etməyimiz doğru deyildir. İmam Məhdinin (ə) intizarını çəkənlər gecələrin rahibləri (ibadət edənləri), gündüzlərin şirləridirlər. Bugün çox adamlar vardır ki, əllərini əllərinin üstünə qoyub bilərəkdən və ya bilməyərəkdən deyirlər ki, biz İmam Məhdinin (ə) zühurunu gözləyirik. Daha bilmirlər ki, intizar çəkmək oturub gözləmək deyil, hərəkətə qalxıb islahat aparmaqdır. Harada yazılıb ki, heç bir iş görməyən insanın əməli ibadət sayılır. İmam Məhdinin (ə) intizarını çəkməyin ibadət olduğu bildirilirsə deməl bu söz əyləşib gözləyənlərə aid deyil.
Əllahummə əccil li vəliyyikəl fərəc!
Allah təala bizi İmam Zamanın (ə) həqiqi müntəzirlərindən qərar versin! Allah onun naibini yerin və göyün bəlasından qorusun! Bütün müsəlmanları o həzrətin ətrafında cəm etsin! Onun ilə vuruşanları zəlil, zəif və məhv etsin! Ona bağlı olub dünyanın hər yerində ona xidmət edənləri müvəffəq etsin! Allah İmam zamanın zühuruna fərəc verməklə bizim də işlərimizə fərəc versin!
Əssəlamu əleykum və əla ibadullahis salihin
“Milli-Mənəvi” Dəyərlər İctimai Birliyini sədri
Abgül Süleymanov
17.06.2021
  • Yazılıb
  • da (də) 2021 Jun 18
  • Göndərən جهان کمالی