13-cü çağırış İran prezident seçkilərində 17,9 milyon (61,9%) səslə İbrahim Rəisi qalib gəlib.
AranNews :iran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzi yerli vaxtla saat 07:00-da başlayan və 24:00-da bitməli olan, lakin saat 02:00-a qədər uzanan səsvermə prosesinin başa çatdığını açıqlayıb.
“Anadolu agentliyi xəbər verir ki, seçkilərdə ümumilikdə 19 saat ərzində səs verilib.
Seçkilərdə 5 752 qanun pozuntusu olduğu bildirilsə də, Seçki Mərkəzi tərəfindən onlardan 778-i qeydə alınıb.
Seçkilərə maraq az olub, çünki bəzi islahatçı vətəndaşlar ölkədəki namizədlərin əksəriyyətinə qadağa qoyulması səbəbindən seçkiləri boykot etmək qərarına gəliblər.
Seçkilərin nəticələrinin günortaya qədər dəqiqləşəcəyi və 8-ci prezidentin adının elan ediləcəyi gözlənilir.
İranda prezident dörd il müddətinə seçilir. Bir nəfər bu vəzifəyə ardıcıl olaraq ən çox iki dəfə seçilə bilər. Bu səbəbdən Prezident Həsən Ruhani namizəd olmayıb.
Qeyd edək ki, İranda prezident seçkilərinə namizədlər Ayətullah Seyyid İbrahim Rəisi, Muhsin Rızai, Hüseyn Kadızadə Haşimi, Abdunnasır Himmetidir.