Xəzər dənizində nərə balıqları ehtiyatlarının azalması 2020-ci ilə qədər belə davam edərsə, onların bəzi müxtəlif növləri tam surətdə nəsli kəsilməklə üzləşəcəkdir
Xəzər Servisi/Aran Agentliyi
Məhəmməd Purkazemi deyib: Xəzər dənizində nərə balıqları ehtiyatları kəskin şəkildə azalmış və bu cərəyan davam etməkdədir. "İrna"-nın verdiyi məlumata əsasən, İran kürü balıqları tədqiqatı beynəlxalq institut mərkəzinin rəisi Məhəmməd Purkazemi bu gün deyib: Xəzər dənizində nərə balıqları ehtiyatlarının azalması 2020-ci ilə qədər belə davam edərsə, onların bəzi müxtəlif növləri tam surətdə nəsli kəsilməklə üzləşəcəkdir.
Purkazemi Rusiyanın öz nərə ixracatını 2008-ci ildə 0 elan etdiyinə işarə etməklə, Xəzər dənizində kürü balıqlarının vəziyyətini böhranlı hesab etdi və buna xüsusi diqqətin yetirilməsi və dəqiq elmi bir proqramın hazırlanmasını istədi.
İran nərə balıqları tədqiqatı beynəlxalq institut mərkəzinin rəisi nərə balıqları ətinin Xəzər yanı qonşu ölkələrin bazarlarında daha çox istifadə olunması, kürü balıqlarının Xəzər dənizinə gedən yolunda çirklənmə və çay yataqlarının dağıdılması, körpü və bəndlərin yaradılması, Xəzər dənizində nərə balıqları ehtiyatlarının azalmasının ən əsas səbəblərindən hesab edib.