Təbrizdə həzrət İmam Rzanın (ə) mübarək mövlud bayramı keçirilcək və son Qarabağ müharibəsinin şəhidləri anılacaq.
AranNews – Təbrizin “Xadimuş-şuhəda” Heyətinin ictimai əlaqələr bölməsinin bildirdiyinə görə, İmam Rzanın (ə) mübarək mövlud bayramı 21 iyun bazar ertəsi günü keçiriləcək. Mövlud mərasimində Təbrizin hövzə və universitet ustadı höccətül-islam vəl-müslimin Müctəba Nəzəri xütbə oxuyacaq. Hacı Məhdi Qurbani və Hacı Sabir Rahnuma mədh oxuyacaqlar.
Səhiyyə protokollarına uyğun olaraq Təbrizdə baş tutacaq bu mərasimdə şəhid Zeynal Şahhüseynov və son Qarabağ müharibəsinin digər şəhidlərinin də uca məqamı anılacaq.
Bütün hüseynçi müştaqlar məclisə dəvət olunur.
Ünvan: Təbriz, Vadi Rəhmət Şəhidlər Məzarlığının hüseyniyyəsi
Zaman: 21 iyun, saat 18:30-dan 21:00-dək.