Tarix : 2021 Jun 24
Kod 61405

Abgül Süleymanov da Tale Bağırzadəni təbrik etdi

Vicdan məhbusu, ilahiyyatçı Abgül Süleymanov həbsxanadan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə təbrik mesajı ünvanlayıb.

Arannews -Rakurs.tv təbrik mesajını olduğu kimi təqdim edir:

"Məndə öz növbəmdə qardaşımız Hacı Taleyin doğum günü münasibəti ilə öncə valideyinlərini, ailəsini ,körpə balalarını, özünü və onun simasında bütün mömin bacı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirəm.

Möminlərin əmiri Əli ibni Əbutalib(ə) Əsədullahul qalib buyurur ki, mücahidlərin üzünə göyün qapıları açıqdır.
Quranda buyurur ki, kafirlərin üzünə göyün qapıları bağlıdır.

Yer üzünün dəmir qapılarının bizim üzümüzə bağlı olması bizim üçün o qədər əhəmiyyət kəsb eləmir.Əsas odu ki, göyün qapıları üzümüzə bağlanmasın.Çünki bütün xeyir, ruzi,dua və bərəkət göyün qapılarının açıq olmasına bağlıdır.Möminlər 20 il əyləşib Hacı Taleyin yolunu gözləməsinlər.Övladlarını hazırlayıb bu yolun yolçuları və davamçıları etsinlər.Allahummə əccil li vəliyyikəl fərəc.Əssəlamu ələykum və əla ibadi əssalihin..."

  • Yazılıb
  • da (də) 2021 Jun 24
  • Göndərən جهان کمالی