Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər «Kovo İran Bərəkət» vaksininin birinci dozasını vurdurublar.
Arannews :iranlı gənc tədqiqatçılar və alimlərin səylərinin məhsulu olan bu vaksin son zamanlar yerli biliyə söykənməklə istehlak lisenziyasını alıb və İran dünyada korona vaksini istehsal edən altı ölkədən birinə çevrilibdir.
İslam İnqilabının Böyük Rəhbəri peyvəndlənmədən sonra öz elmi və praktik səyi, təcrübəsi və biliyi ilə ölkəni bu milli iftixara sahib etdirən bütün məsul şəxslərə təşəkkür ediblər.
O həzrət bir neçə ay bundan öncədən ona vaksin vurmaq üçün mövcud olan israrlara işarə ilə belə qeyd ediblər: Mən əvvəla, qeyri-İran vaksinindən istifadə etmək istəmirdim. Buna görə, dedim ki, İran vaksinini gözləyəcəyəm, zira bu milli iftixara hörmətlə yanaşmalıyıq və daxildə profilaktika və əlac imkanının mövcud olduğu bir halda, nə üçün ondan istifadə etməyək?
O həzrət sonra bildiriblər: Əlbəttə, ehtiyac olan zaman İran vaksininin kənarında xarici vaksindən istifadənın iradı yoxdur, amma İran vaksininə hörmət etməli və bu vaksinin istehsalı sahəsindəki bütün fəal, çalışqan və gənc ailmlərə və ölkədə peyvənd istehsalı ilə məşğul olan digər mərkəzlərə təşəkkür etməliyik.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran vaksinindən istifadəyə isrardan əlavə, təkid edirəm ki, vaksinin vurdurulması öz təbii növbəsində həyata keçirilsin və bun gün əlhəmdulillah, səksən yaşından yuxarı və mənimlə yaşıd olan şəxslərin əksər hissəsi vaksin vurdurubdur.
O həzrət həmçinin vaksinlə bağlı məqalələrin yayılması və elmi sənədlərin qeydə alınması zərurətinə təkid edərək, bildiriblər: Dünyanın öz böyük işinizdən məlumatlanması üçün vaksinin vaxtında, sürətlə və güclü istehsalının kənarında onun elmi məqalə və sənədlərini də hazırlayıb, nəşr edin.