Tarix : 2021 Jun 26
Kod 61410

İrakli Qaribaşvili: “Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçiliyi davam etdirəcək”

“Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu uğurla yerinə yetirdi”.

“Arannews -Report” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan bundan öncə bu cür rol oynamayıb: “Bu cür rollar adətən böyük dövlətlərə həvalə olunur. Bu, hər iki ölkə liderinin Gürcüstana etimadının ifadəsidir. Mən öz növbəmdə Gürcüstanın bundan sonra da bu prosesdə vasitəçi rolunu oynamağa davam edəcəyinə tam hazırlığını bir daha təsdiqləyirəm”.

  • Yazılıb
  • da (də) 2021 Jun 26
  • Göndərən جهان کمالی