Tarix : 2021 Jun 27
Kod 61414

26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılan ORDUMUZ

26 İyun Azərbaycan Ordusunun yaranma günüdür

Arannews -Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Çünki şanlı ordumuz 30 ildən bəri işğal altında olan Azərbaycan torpaqlarınının bir qismini erməni işğalçılarından azad edib.

  • Yazılıb
  • da (də) 2021 Jun 27
  • Göndərən جهان کمالی