İran parlamentinin spikeri Məhəmməd Qalibaf “Al-Hadath” telekanalına müsahibəsi zamanı bəyan edib ki, ölkəsi nüvə obyektlərindən məlumatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (IAEA) təqdim etməyəcək.
Arannews : xəbər verir ki, spiker təşkilatla İran arasındakı mövcud müqavilənin müddətinin bitdiyini və bundan sonra nüvə obyektlərinin müşahidə kameralarından qeydə alınan görüntülərin agentliyə verilməyəcəyini bildirib.
Qeyd edək ki, İran və IAEA arasında monitorinq barədə razılaşmanın müddəti iyunun 24-də başa çatıb.(oxu.az)